15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir"
Elman Əsədov hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərir
15-07-2024, 13:45
29 dəfə baxılıb
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ballı marketlər şəbəkəsinin sahibi Hacı Elman Əsədovdur.
Ballı marketlər şəbəkəsinin sahibi Hacı Elman Əsədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Elman Əsədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Elman Əsədov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. İş adamı, Elman Əsədovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Elman Əsədov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Ballı marketlər şəbəkəsinin sahibi Hacı Elman Əsədov - Bu il ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsindən 55 il ötür. Müasir Azərbaycan tarixini dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunduğu il tarixdə Azərbaycanda yeni dövrün, respublikamızın sosial-iqtisadi həyatında inkişafın bünövrəsini qoyuldu. 1969 cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Sovet Azərbaycanına rəhbər təyin edildikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi. Heydər Əliyev unikal biliyə, qeyri adi yaddaşa malik fenomenal bir şəxsiyyət idi.
Dünya liderləri Heydər Əliyevin dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Ulu öndər eyni zamanda idarəetmənin ustadı, dünya siyasətinin kamil bilicisi, uzaqgörən siyasətçi, mahir diplomat idi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisi olmuşdur. Heydər Əliyev qətiyyətli, eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığa, zülmə qarşı mübarizə aparmış bir şəxs idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhərisi gün 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü və riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Qərbdə Azərbaycanın parçalanması üçün planlar çızılırdı. O zamanlar hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanı ağır duruma salmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra AXC-Müsavat cütlüyü ölkəni çıxılmaz vəziyyətə salmışdı. Ermənistan torpaqlarımızı işğal edir, hakimiyyətdə olanlar isə ölkəni talamaqla məşğul idilər. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni bu ağır qurumdan yalnız Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyev Gəncədə baş vermiş silahlı üsyanın və ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsası qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Məhz Heydər Əliyevin zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə aparırdı.
Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi. Heydər Əliyev Prezident seçildikdən sonra bütün qüvvələri bir komandanlıq altında birləşdirdi və Azərbaycan Ordusu Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirərək rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bundan sonra Ermənistan rəhbərliyi Azərbaycanla atəşkəs haqqında razılığa gəlməyə məcbur oldu. Heydər Əliyev Azərbaycanda güclü ordu yaradılması üçün mühüm qərarlar qəbul etdi. Ordumuzun maddi texniki bazası yeniləndi. 1994-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycanla 6 dövlətin 10 nəhəng neft şirkəti arasında "Əsrin müqaviləsi" olan neft kontraktları imzalandı. Bu, yeni müstəqillik əldə etmiş, Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün böyük uğur idi. Böyük dövlətlərin nəhəng trans milli şirkətlərin Azərbaycanla neft kontraktlarını imzalamaqlarının əsas səbəbi onların Heydər Əliyev şəxsiyyətinə, böyük siyasətçi və lider olmasına inamlarından irəli gəlirdi. Bu tarixi hadisədən bir neçə il sonra Azərbaycan nefti dünya bazarına çıxarıldı və Azərbaycan iqtisadiyyatının yüksəlişi yeni inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələr yaradıldı, Azərbaycan vətəndaşlarının sosial rifahı hər il yaxşılaşmağa başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlər ölçüyə gəlməzdir. Əsrlər ötəcək Azərbaycan dövləti əbədi yaşayacaq və xalqımız ulu öndər Heydər Əliyevi yad edəcək və xatirəsini hər zaman uca tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: