xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Cahangir Bayramov: “Vətən sənə canım fəda”

27-06-2024, 15:30 55 dəfə baxılıb



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də AQTİ-nin Daxili nəzarət və təhlükəsizlik departamentinin müdiri Cahangir Bayramovdur.

AQTİ-nin Daxili nəzarət və təhlükəsizlik departamentinin müdiri Cahangir Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cahangir Bayramovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cahangir Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, AQTİ-nin Daxili nəzarət və təhlükəsizlik departamentinin müdiri Cahangir Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

AQTİ-nin Daxili nəzarət və təhlükəsizlik departamentinin müdiri Cahangir Bayramov - Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. 44 günlük vətən müharibəsi nəticəsində 30 illik erməni işğalına son qoyuldu, yenilməz ordumuz qüdrətli və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını torpaqlarımızdan qovub çıxarmaqla bütöv və müstəqil Azərbaycanın sərhədlərini bərpa etdilər. Bu möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.


Hər kəsə məlumdur ki, Silahlı Qüvvələr hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biridir. Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində milli hərbi kadrların yetişdirilməsi üçün apardığı böyük işlər, eyni zamanda Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın silahlı qüvvələrinə göstərdiyi diqqət və qayğı bu günkü zəfərlərimizin ana xəttini təşkil edir. Çünki Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində sovetlər zamanı Bakıda milli kadrlar hazırlayan hərbi məktəbin yaradılması, eyni zamanda Azərbaycandan olan gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin ən müxtəlif ali hərbi məktəblərinə göndərilməsi sonrakı illərdə müstəqil Azərbaycan Ordusunun formalaşması üçün mühüm baza oldu.

O zaman Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu, sözün əsl mənasında böyük liderin bütün dəmir maniələri yarıb keçən cəsarətli addımı, öz xalqının gələcəyi üçün gördüyü tarixi addım sayılmalıdır. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bü gün Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yuxarıda qeyd etdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə qəhrəmanlıq və şücaəti ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Dünyanın bir çox ölkəsi bu müharibədə ordumuzun istifadə etdiyi strategiya və taktikanı yüksək qiymətləndirdi. Qürur hissi ilə qeyd edə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli Orduya malikdir.

Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.

Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsində öz hərbi gücünü dünyaya nümayiş etdirərək Silahlı Qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərdi. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də silahlı qüvvələrini gücləndirir.


Müharibədən ötən müddət ərzində aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da yüksəltməkdədir.

Bəli, 26 iyun Silahlı Qüvvələr Günü hər bir Azərbaycan vətəndaşının qürurla qeyd etdiyi gözəl gündür. Bu gün biz qalib ölkə, qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi