xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Qurban bayramımız MÜBARƏK

15-06-2024, 10:18 15 dəfə baxılıb

Qurban bayramımız MÜBARƏK


İş adamı Zəfər müəllim - “Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”.

Dini bayramların, o cümlədən Qurban mərasimlərinin cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilib. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

“Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram”

Milli Qurtuluş Günündə həm də Azərbaycan və qardaş Türkiyə əməkdaşlığının yeni səhifəsinin, Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünü qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanmısı iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi və regionun təhlükəsizliyinin zəmanəti oldu.

Hər zaman bütün məsələlərdə bir-birinin yanında olan Azərbaycan və Türkiyə qardaşlığı türk dünyası üçün bir örnəkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi bir daha öz təsdiqini tapdı. Xoş gündə də, dar gündə də Azərbaycanın yanında olan Türkiyənin şanlı tarixi Zəfərimizdə xalqımızın yanında olması hər bir Azərbaycan dövlətinin vətəndaşının qəlbini qürurlandırır. Sevindirici haldır ki, erməni qəsbkarlarının işğalından azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları birgə dalğalanır.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilib. Dünya ictimaiyyəti yeni qlobal reallıqlar fonunda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınmasının, hər iki dövlətin bir-birinə arxa-dayaq olmasının, regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə verdiyi töhfələrin şahidi olur.

Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkənin bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlığına, əbədi və sarsılmaz olan, müttəfiqlik zirvəsinə ucalan Azərbaycan və Türkiyə birliyinin təsdiqi olan tarixi sənədə diqqət çəkərək bildirib ki, bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, bildirib ki, “Bir millət, iki dövlət” şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Şübhəsiz ki, böyük tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycanla Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə qədəm qoyub. Bu tarixi sənəd iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da inkişaf etdirilməsinə zəmin yaratdı. İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı. Eyni zamanda, Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarət idi. Şuşa Bəyannaməsinə əsasən Qarabağda edilən investisiyaların həcmi artdı,acaq, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları edildi.

Qalib ölkəmizin Qalib Lideri cənab İlham Əliyevin qeyd etdiyi kimi Müttəfiqlik Bəyannaməsini əsas götürərək Azərbaycan və Türkiyə dövlətləri bütün məsələlərdə bir yerdədir, bir nöqtəyə vurur. Sevindirici haldır ki, regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. İki qardaş ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi