Ramella Məmmədova: İnkişaf yolu və gələcək perspektivlər

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadır.
Unutmaq olmaz ki, Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Ramella Məmmədovanın qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Ramella Məmmədovanın adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Ramella Məmmədovanın kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Ramella Məmmədova bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova - Azərbaycan Respublikasının yürütdüyü uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu günü-gündən yüksəltməkdədir. Bu siyasətin təzahürüdür ki, Azərbaycan dövləti energetika sahəsində keçirilən Beynəlxalq miqyaslı vacib tədbirlərə də müvəffəqiyyətlə ev sahibliyi edir. Qeyd etmək lazımdır ki, ölkəmiz ekoloji problemlərin kəskinləşdiyi müasir dövrdə yaşıl enerjiyə keçidlə bağlı layihələri də fəal şəkildə dəstəkləyir və bu istiqamətdə öz təşəbbüslərini ortaya qoyur. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmizin energetika sənayesi qarşısında yeni imkanlar açmışdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları nəhəng hidroelektrik potensiala malikdir.![]()
Müzəffər Ali Baş Komandan İlham Əliyev 4 iyun 2024-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra məsələlərlə bağlı vacib açıqlamalar verərək bildirdiyi kimi, Allahın xalqımıza bəxş etdiyi neft və qaz ehtiyatlarına sahib olduğumuza görə dövlətimizi heç kəs günahlandıra bilməz. Dövlətimizin işinə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyinə görə qiymət verilməlidir. Azərbaycan dövləti bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəldərək yoxsulluğu 50 faizdən 5 faizə endirmiş, xarici borcları 100 faizdən 7,7 faizə salmağa müvəffəq olmuşdur. Əminliklə deyə bilərik ki, dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasətin sayəsində Azərbaycanda inklüziv cəmiyyət qurulmuşdur.
Lakin, dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə Xəzər dənizinin geri çəkildiyinin şahidi oluruq ki, bunun da səbəbi, təbii olaraq, iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar Azərbaycanın hüdudlarından kənardadır. Əlbəttə yaranmış bu problemdə Azərbaycanın məsuliyyəti sıfra bərabərdir, lakin heç bir tədbir görülməzsə dövlətimiz ciddi ekoloji fəlakətlə üzləşəcək. Azərbaycanda dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa olunmasına baxmayaraq Xəzər dənizini qidalandıran əsas mənbələrin Azərbaycandan kənarda olması bu problemin beynəlxalq gündəmə gətirilməsini şərtləndirir və bu, Azərbaycan dövlətinin başçısının ekoloji problemlərə göstərdiyi yüksək diqqəti gözlər önünə sərir.
Son illərdə özünü daha qabarıq şəkildə göstərən ekoloji problemlər, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Üçlük” təsis etmişdir. Qoşulmama Hərəkatının keçmiş sədri qismində ölkəmiz 120 dövlətlə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışır. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycan dövləti hazırda inkişafda olan kiçik ada dövlətlərlə fəal işləyir. Ölkəmiz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. Beynəlxalq ictimaiyyət əmin ola bilər ki, Azərbaycan qarşıdan gələn COP29 konfransına ev sahibliyini yüksək səviyyədə həyata keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: