Bəhruz Şirəliyev: Respublika üzrə mövcud olan klinikalar və sağlamlıq mərkəzlərinin 90%-dən çox hissəsinə xidmət göstəririk
17-05-2024, 12:46
10 dəfə baxılıb
9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Şirkətin qazandığı uğurların əsas özəyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan
keyfiyyət;
zaman;
müştərilərə diqqət və onlar qarşısında məsuliyyət;
humanizm;
daimi inkişaf;
innovasiya;
komanda işi
kimi korporativ dəyərlərdir.
Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.
Müştəri məmnuniyyətinin ən əhəmiyyətli komponentlərindən biri də Çağrı Mərkəzinin son dərəcə operativ və individualyanaşma strategiyası ilə xidmət göstərməsidir. Böyük və peşəkar komandamız sayəsində
tələblərinə uyğun dərman təklifi edərək;
mövcud aksiyalar və yeni gələn məhsullar haqqında məlumat verərək;
daxil olan sifarişləri dəqiqliklə qeyd edərək;
gülərüz, pozitiv və empati qura bilmə prinsibini həyata keçirərək
əczaçılarımızın məmnuniyyətini daim yüksəltmək Çağrı Mərkəzi Komandamızın qarşısına duran ən vacib məqsəddir.
Bakıda yaşayan əhalinin keyfiyyətli və orijinal dərman preparatları ilə təminatını daha da asanlaşdırmaq üçün onların gündəlik ən çox istifadə etdikləri nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin stansiyalarında apteklər şəbəkəsi qurmuşuq.
Ölkəmizdə həyata keçirilən bütün ictimai tenderlərdə iştirak edirik. İştirak etdiyimiz tenderlərdə operativ məhsuldarlığı ən yüksək səviyyədə saxlamağı və minimal mənfəətlə işləməyi hədəfləyirik.
Respublika üzrə mövcud olan klinikalar və sağlamlıq mərkəzlərinin 90%-dən çox hissəsinə xidmət göstəririk.
Xidmət etdiyimiz bütün klinika və sağlamlıq mərkəzlərinin tələb və ehtiyaclarını daha optimal qarşılamaq üçün ən uzaq məntəqəyə belə məhsulların çatdırılmasını təmin edirik.
“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev - Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə bir daha diqqəti 44 günlük Vətən müharibəsinə yönəldərək bildirdi ki, bu, şanlı tariximizdir. Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atdı. Cənab İlham Əliyev Vətən müharibəsinin gedişi dövrünün reallıqları fonunda bu məqamı da xüsusi vurğuladı: “O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı. Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”
Dövlətimizin başçısı müharibənin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələr verərək Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Ölkə Prezidenti çıxışında həmin müsahibələrin birində qeyd etdiyi bu fikrə də diqqəti yönəltdi. Bildirdi ki, bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq.
Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixini Zəfər Günü kimi qeyd edirik. Dövlətimizin başçısı müharibənin gedişi dövründə verdiyi müsahibələrin hər birində şanlı Qələbəmizə inanımını ölkəmizin postmünaqişə dövründə hansı hədəflərə doğru irəliləyəcəyini, ölkəmizin gələcəyini necə gördüyünü açıqlamaqla ifadə edirdi. Çünki Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanında olub və bütün məsələlərin bu prinsiplər əsasında həll edilməsinə səy göstərib. 30 illik işğal dövründə ölkəmiz dünya güclərindən ədalət gözlədi. Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev çıxışında bu məsələdən də bəhs etdi. Vurğuladı ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, bu torpaqları ermənilərə vəd vermişdilər: “Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.”
Bütün şəhər və kəndlərimizin vandallar tərəfindən dağıdıldığını bildirən cənab İlham Əliyev bu reallığı da qeyd etdi ki, bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”
Dövlət başçısı İlham Əliyev Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışında da “Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir” söyləyərək belə bir əminliyi də ifadə etdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR