Abduləli Mehdiyev Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur
23-04-2024, 15:25
76 dəfə baxılıb
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Ağdam rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbərinin müdiri, Baş Memarı Abduləli Mehdiyevdir.
Ağdam rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbərinin müdiri, Baş Memarı Abduləli Mehdiyevin indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Abduləli Mehdiyev da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.
Ağdam rayonunda icra başçısı və icra nümayəndləri hər zaman ağdamlılara, şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərərək, onların problemlərini həll edirlər.
Ağdam rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbərinin müdiri, Baş Memarı Abduləli Mehdiyev - Cənubi Qafqaz dünyanın ən mürəkkəb və ən əhəmiyyətli coğrafiyalarından biridir. Beynəlxalq münasibətlər sistemində baş verən dərin strateji proseslər fonunda Cənubi Qafqazın yenidən müxtəlif qlobal güc mərkəzlərinin diqqətinə düşməsi də təsadüfi deyil. Dünya siyasətini təyin edən, ya da beynəlxalq münasibətlər sistemini yenidən dizayn etmək istəyən imperialist mərkəzlərin qarşılıqlı güc nisbətinin dəyişməsinə uyğun olaraq Cənubi Qafqazda da hadisələrin inkişaf istiqamətləri dəyişir. Beləliklə, regionun sabit siyasi gündəmini müəyyən etmək və yeni dünya nizamında onun yerini və rolunu müəyyənləşdirmək çətinləşir. Ancaq 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Azərbaycan elə bir geostrateji reallıq yaratmağı bacarıb ki, bütün digər proseslər məhz bu kardinal dəyişikliyə nəzərən baş verir. Daha dəqiq desək, Azərbaycanın yaratdığı yeni tarixi reallığa adaptasiya olunmağa çalışır.
Cənubi Qafqazın ən yeni geosiyasi mənzərəsi: reallıqlar və perspektivlər
Əslində, Azərbaycanın yaratdığı yeni reallıq 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi ilə Qarabağın Çar Rusiyasına birləşdirilməsi, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra yaranan vəziyyətin dəyişdirilməsi idi. Məsələnin məntiqi, ya da hərbi-siyasi düsturu çox sadə idi. Qarabağa sahib olan Azərbaycana, Azərbaycana sahib olan isə bütövlükdə Cənubi Qafqaza sahib olur. İki yüz illik tarixi keçmişimiz bunun, doğrudan da, belə olduğunu sübut etdi. Ancaq məsələni mürəkkəbləşdirən başqa mühüm bir cəhət də var idi. Çar Rusiyasının işğalından sonra Rusiyanın Cənubi Qafqazda mövcudluğunu əbədi etmək üçün 1923-cü ildə Sovet Rusiyası bu reallığa bir “Qordion düyünü” də vurdu. Bu düyün Azərbaycan ərazisində, “Dağlıq Qarabağ” adlı uzunmüddətli minanın yerləşdirilməsi idi. Sovet dövründə üstü “ideoloji çör-çöp”lə örtülən bu mina müstəqilliyimizi əldə edər-etməz tam eybəcərliyi ilə üzə çıxdı və Azərbaycanı girov götürdü. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tarixi bir qərar qəbul edərək öncə məhz bu düyünü əbədi etmək üçün onun ətrafında yaradılan bütün sipər və səngərləri təmizləməyi bacardı. Yəni ilk öncə işğal altında olan 7 rayonumuzu azad etdi. Ancaq “Qordion düyünü” hələ də qalmaqda idi. Çünki bu düyün açılmadıqca Azərbaycan əsla tam müstəqil dövlət olmayacaqdı. Elə ona görə də Rusiya sülhməramlıları, Avropa müşahidə missiyaları, Fransa hərbi emissarları Qarabağ düyünü ətrafında özlərinə qalıcı bir platforma əldə etməyə çalışırdılar. Ancaq dahi sərkərdə Makedoniyalı İskəndər Finikiyalı “Qordionun düyünü”nü qılıncı ilə kəsib atdığı kimi, Prezident İlham Əliyev də 2023-cü il sentyabr ayının 19-20-də qətiyyətli qərarı ilə Azərbaycana vurulmuş “Qordion düyünü”nü cəmi 23 saat içində açıb tarixin arxivinə atdı. Həmin vaxt Finikiyalı kahin Makedoniyalı İskəndər haqqında demişdir ki, “o Avropa və Asiyaya ancaq qılınc yolu ilə sahib olacaq, çünki düyünü açmadı, onu qılıncla kəsdi”. İlham Əliyev isə Azərbaycanı vurulmuş “Qordion düyünü”nü daha çox siyasi–diplomatiya yolu ilə, amma həm də onu dəstəkləyən hərbi güclə çözdü. Beləliklə, Cənubi Qafqazın geostrateji açarını əldə etdi, başqa sözlə, Azərbaycanı regionun söz sahibinə çevirdi. Yeni “Qordion düyünü” yaratmaq istəyən sülhməramlılar da elə bu gerçəkliklərin fonunda 2024-cü il aprel ayının 17-dən başlayaraq Azərbaycanı tərk etməyə başladı.
Rusiya-Azərbaycan münasibətlərində yeni ağ səhifə...
Bu mühüm hadisə 200 illik Rusiya – Azərbaycan münasibətlərində tamamilə yeni və ağ bir səhifə yaratdı. İlk dəfə olaraq Rusiya ilə Azərbaycan arasında Rusiyanın hərbi iştirakçılığı olmadan şaquli deyil, üfüqi münasibətlərin qurulması üçün yeni tarixi şərtlər formalaşdı. Azərbaycan Prezidentinin aprel ayında Rusiyaya səfəri ilə də bu yeni münasibətlərin bərabərhüquqlu və strateji sətirləri yazıldı. Şübhəsiz ki, bu ən yeni reallıq bütövlükdə Cənubi Qafqazın yeni statusunu və yeni münasibətlər sistemində Azərbaycanın nüfuzunu və rolunu təyin edəcək.
Sülhə gedən yolda daha bir maneə aradan götürüldü
Aprel ayının 19-da son dörd ildə tarixi hadisələr kimi səciyyələndirilən geostrateji yeniliklərə daha birisi əlavə edildi. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə yeni müharibəyə səbəb olacaq potensiala malik Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı əldə edilən razılıq sülh ümidlərini yenidən artırdı. Beləliklə, 44 günlük müharibədən sonra sülhə gedən yolda ciddi dönüş yarandı. Əslində, hadisələrin son kəndlərimizin də işğaldan azad olunmasına qədər gəlib çıxması 10 noyabr Üçtərfəli bəyanatından sonra Azərbaycanın həyata keçirdiyi olduqca mürəkkəb və çətin hərbi-siyasi və diplomatik prosesin son həlqələrindən biri kimi qiymətləndirilməlidir. Qısaca olaraq bu mühüm prosesin ardıcıllığına nəzər salsaq, görəcəyik ki, əgər Laçın yolu, Qırxqız, Fərrux, Sarıbaba əməliyyatlarından keçib nəhayət 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatına qədər gəlib çıxa bilməsəydik, Qazax rayonunun 4 kəndinin azad oluması ilə əlaqədar razılığa da gələ bilməzdik.Yəni bu mühüm hadisələrin hər biri vahid bir strateji kursun ardıcıl həlqələri idi. Nəzərə almaq lazımdır ki, söylədiyimiz ardıcıllıq üzrə hərbi-strateji prosesin idarə olunması və məntiqi nəticəyə çatdırılması həm dövlətlərarası münasibətlərə, həm də beynəlxalq təşkilatlar müstəvisində Azərbaycana qarşı görünməmiş siyasi təzyiqlər altında baş tuturdu. Ancaq Azərbaycan təqribən yarım il öncə 100 illik problemi, yəni 1923-cü ilin noyabr ayında Azərbaycan ərazisində yaradılan və milli dövlətimizin təməllərinin altına uzunmüddətli mina kimi basdırılan “Qarabağ” adlı problemi 2023-cü ilin sentyabr ayında 23 saatlıq əməliyyatla birdəfəlik aradan qaldırmaqla, Prezident İlham Əliyevin dediyi kimi, sülhə gedən yolda əsas maneəni ortadan götürməyi bacardı. Regionda sülhün əldə edilməsi üçün yeni imkanların yarandığı bir vaxtda aprel ayının 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşünün keçirilməsi ilə neokolonist və islamafob güclər yenidən sülh perspektivinə ciddi zərbə vurdular. Ancaq bu sürətli diplomatik həmlələrə baxmayaraq, Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək öz prinsipial mövqeyindən və məqsədlərindən bir addım da geri çəkilmədi. Nəticədə sülhə gedən yolda daha bir maneəni aradan götürməklə bu gün şahidlik etdiyimiz ən yeni siyasi reallığı yarada bildi.
Siyasi intihar, yoxsa xilas yolu?
Şübhəsiz ki, aprel ayının 19-da əldə edilən razılaşma, hər şeydən öncə, ona görə əhəmiyyətlidir ki, işğal altında olan 4 kəndimiz azad edilir. Bu, özlüyündə mühüm hadisədir. Ancaq əksər analitiklərin bu kəndlərimizin azad olunması üçün Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalını proqnozlaşdırdıqları bir vaxtda belə bir razılaşmanın əldə edilməsi sülhə doğru kəskin dönüş kimi qiymətləndirilməlidir. Məsələ ondadır ki, radikal ermənilər bu kəndlərimizin qaytarılmasını həm daxili auditoriyaya, həm də xarici siyasət platformalarına Ermənistan dövlətinin sonunun başlanğıcı kimi təqdim edərək məsələni siyasi dramaya çevirirdilər. Elə siyasi-ideoloji xaos yaratmışdılar ki, sanki, Azərbaycan məxsus olan kəndlərin qaytarılması Ermənistan dövlətinin siyasi intiharı olacaqdı. Ancaq tam əksinə həqiqət ondan ibarətdir ki, bu problemin diplomatik razılaşma əsasında həll edilməsi Ermənistanın siyasi intiharı yox, xilası kimi qiymətləndirilməlidir.
Müharibəyə daha yaxın hesab edilən vəziyyətdə sülhə doğru kəskin dönüş...
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə əldə edilən razılaşma digər bir neçə tərəfləri ilə də xeyli dərəcədə əhəmiyyətli ola bilər. Əgər əldə edilən razılaşma Ermənistan tərafindən sonradan təhrif edilməzsə, yaxud razılaşmanın icra olunmasından imtina edilməzsə, o zaman bu razılaşma bir sıra problemlərin həlli üçün universal açara çevrilə bilər. Məsələ ondadır ki, razılaşmada Ermənistan – Azərbaycan sərhəddinin ən çətin hissələrinin birində delimitasiya və demarkasiyanın eyni vaxtda həyata keçirilməsi, yəni sərhədlərin tam müəyyənləşdirilməsi, sərhəd mühafizə məntəqələrinin yaradılması, hər iki ölkənin sərhəd qoşun hissələrinin əraziyə yerləşdirilməsi nəzərdə tutulur. Bu sərhəddin bir hissəsində prosesin tam başa çatdırılması deməkdir. Yəni proses uğurla yekunlaşarsa, o zaman artıq istinad edilməli bir təcrübə yaranmış olacaq və bu təcrübənin metodikası əsasında digər mürəkkəb, yaxud mübahisə doğuran sərhəd hissələrində də razılaşma əldə etmək üçün bir nümunə olacaq. Artıq bir mühüm məsələ razılaşmada komissiyaların əsasnamələrinin razılaşdırılması və hər iki ölkənin nazirlər kabineti tərəfindən təsdiq edilməsinin nəzərdə tutulmasıdır ki, bu proses də iyul ayının 1-ədək başa çatdırılmalıdır. Bu isə o demkdir ki, komissiya iyul ayının 1-dən sonra qarşılıqlı şəkildə razılaşdırılmış və komissiyanın fəaliyyəti üçün hüquq yaradan bir əsasnaməyə uyğun olaraq çalışacaq. Beləliklə, metodik təcrübə hüquq yaradan sənədlə möhkəmləndiriləcək. Digər bir məsələ isə ondan ibarətdir ki, 1991-ci ildə qəbul edilmiş Almatı bəyannaməsi əsasında həyata keçirilən prosesdə hansısa mübahisələr yaranarsa, belə mübahisələr yeni qəbul edilmiş əsasnaməyə uyğunlaşdırılaraq, ya da əsasnamədə hansısa mübahisə yaranarsa, Almatı bəyannaməsinə uyğunlaşdırılaraq həllini tapacaq. Dolayısı ilə burada müxtəlif və optimal həll yollarının tapılması üçün də imkanlar olacaq.
Beləliklə, müharibəyə daha yaxın hesab edilən bir vəziyyətdə sülhə doğru kəskin bir dönüşə şahidlik etdik. Sülh gündəminin nə qədər perspektivli və qalıcı olacağı isə Ermənistanın bundan sonrakı davranışlarından asılı olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR