xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rüxsarə xanım rəhbərlik etdiyi təhsil müəssisəsində hər bir şagirdə, müəllim kollektivinə, bir sözlə hər kəsə olduqca diqqət və qayğı ilə yanaşır

28-02-2020, 13:39 254 dəfə baxılıb

Rüxsarə xanım rəhbərlik etdiyi təhsil müəssisəsində hər bir şagirdə, müəllim kollektivinə, bir sözlə hər kəsə olduqca diqqət və qayğı ilə yanaşır


Təcrübəli iş prinsipi ilə əksər vəzifə sahiblərindən fərqlənən Rüxsarə Əliyeva, bu gün əzmlə çalışır ki, təhsilimizə daha dəyərli töhfələrini bəxş edə bilsin
Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə edib demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoyduqdan sonra, hər sahədə olduğu kimi təhsil sahəsinin inkişafı üçün də qarşıya yeni tələblər, yeni vəzifələr qoyuldu. Çox keçmədi ki, bu sahədə ciddi addımlar atıldı, bir çox yeniliklərin əsası qoyuldu və ölkəmizin təhsil sahəsi hiss olunacaq dərəcədə inkişaf etməyə başladı.
Xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev vaxtilə təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdir. “Təhsil dövlətin əsas dayaqlarından biridir,ona görə də bu sahəyə hər zaman dövlət qayğısı göstərilməlidir”. Bəli, bu gün dövlətimizin təhsilin inkişafına, paralel olaraq problemlərinin aradan qaldırılmasına göstərdiyi diqqət və qayğı, yenə də özünü göstərməkdədir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm prezidentimiz cənab İlham Əliyev də, prezident seçildiyi ilk gündən indiyə kimi, təhsilimizin inkişafına diqqət və qayğı ilə yanaşmış, Azərbaycanda təhsilin səviyyəsinin dünya təhsil sahəsinin inkişaf göstəricilərinə cavab verən bir səviyyəyə çatdırmağa çalışmışdır. Məhz, belə bir diqqət və qayğının nəticəsi olaraq, son illər təhsilimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Açıq-aydın şəkildə qeyd edək ki, müasir dövrümüzün inkişafı, onun tərəqqisi, yaxud da hər bir problemin həlli, yalnız və yalnız təhsilimizin inkişafından asılıdır desək, heç də yanılmarıq. Çünki, təhsilimizi inkişaf etdirmədən qarşımızda duran ən vacib problemləri, həlli vacib olan məsələləri heç cür həll edə bilmərik. Bir sözlə, təhsilimizin səviyyəsi yaşadığımız cəmiyyətin inkişafını şərtləndirən əsas səbəb, eyni zamanda inkişaf göstəricisini müəyyən edən başlıca amildir.
Bəli, fəxrlə qeyd edə bilərik ki, son illər respublikamızda təhsilin inkişafı, keyfiyyət göstəricisinin yeni tələblərə cavab verməsi istiqamətində müəyyən addımlar atıldı ki, bu gün də həmin addımlar öz bəhrəsini verməkdədir. Yəqin ki, hər kəsə o halın da varlığı bəllidir ki, illər öncə uzun-uzadı müzakirələrdən sonra MM-də təhsilin inkişafı, problemlərinin aradan qaldırılması istiqamətində qəbul olunmuş “Təhsil Qanun”nun qəbulu, bu sahənin yeni bir mərhələyə qədəm qoymasına əsaslı stimul verdi. Bu Qanunun qəbulu, sanki Azərbaycanın təhsil sahəsində bir tramplin rolunu da oynadı. Hal-hazırda təhsilimizin müasirləşməsi, Avropa təhsil sisteminin ən son nailiyyətlərinin tətbiqi, müasir Azərbaycan təhsilində hiss olunan reallıqlardır. Ümumiyyətlə, “Təhsil Qanun”nun qəbulu çox mühüm əhəmiyyət kəsb edən məsələ oldu və bu da, mahiyyət etibari ilə bir çox problemlərin həllinə imkan verdi.
Onu da bildirək ki, bu gün təhsilimizin inkişafına dəyərli töhfələrini bəxş edən elə təhsil ocaqları var ki, onların fəaliyyətlərini, eyni zamanda bu sahənin inkişafı yöndə atdıqları addımların əhəmiyyətıni heç nə ilə müqayisə etmək olmaz. Belə təhsi ocaqlarından biri də, Xırdalan şəhərindəki Bakı İqtisadiyyat və Humanitar Kollecidir. Artıq neçə illərdir ki, təhsil sahəsində zəngin və təcrübəli iş fəaliyyəti ilə ad çıxaran Rüxsarə xanım Əliyevanın bu təhsil ocağına rəhbərlik etməsi, qeyd olunan sahənin saysız-hesabsız uğurlara qovuşmasına səbəb olmuşdur. Bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə dərsliklərin tədrisi, davamiyyətin günün tələblərinə cavab verməsi, dərs saatlarında şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin yaradılması və s. Xırdalan şəhər Bakı İqtisadiyyat və Humanitar Kolleci rəhbərliyin iş fəaliyyətini müəyyən etməyə imkan verir. Müxtəlif sinif otaqlarında quraşdırılan kompüterlərdə ixtisas fənləri üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadə olunma da, artıq öz bəhrəsini verməkdədir.
Bir faktı da qeyd edək ki, hal-hazırda təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə şərəfli yükün daşıyıcısına çevrilən evdə fərdi təhsil mərkəzin yeni-yeni uğurlara sahib çıxması, məhz ümumi inkişafımızı şərtləndirən səbəblərdəndir. Çünki, adı çəkilən təhsil müəssisəsinin direktoru çox hörmətli Rüxsarə xanımın peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəricisi, savadlı və peşəkar müəllimləri öz ətrafında birləşdirə bilmək bacarığı, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s, olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Bütün bunların da əsasında, məhz yuxarıda qeyd etdiyimiz kimi Rüxsarə xanım Əliyevanın öz üzərinə düşən vəzifəsini yüksək professionallıqla həyata keçirməsi durur. Onu tanıyan hər kəs bilir ki, evdə fərdi təhsil mərkəzin direktoru Vətəni, dövləti və xalqı uğrunda əzmlə çalışan bir xanımdır.
Bəli, bu gün o, öz xoşbəxtliyini, səadətini Vətəninə, xalqına ləyaqətlə xidmətdə görür və özünün işgüzarlığı ilə də, nəinki Xırdalan şəhərində, hətta ətraf şəhər və rayonlarda da tanınır. Rüxsarə xanım ulu öndər Heydər Əliyevin siyasi kursuna hər zaman sadiq olan simalardan biridir. O, heç bir təmanna güdmədən, vəzifədə olub-olmamasına fərq qoymadan belə, daim prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyiə xidəmət etməyi özü üçün qürur bilir. Belə bir səbəblər üzündəndir ki, heç bir qüvvə heç zaman Rüsxarə xanım Əliyevanı tutduğu yolundan döndərə bilməz. Bəli, o, özünün idealı hesab etdiyi ulu öndər Heydər Əliyev kimi, layiqli və ləyaqətli insanlara dəyər verməkdən xüsusi zövq alır. Bütün bunların da kökündə, onun yüksək elmi savada və xüsusi qabiliyyətə malik olmasıdır. Rüxsarə xanım rəhbərlik etdiyi təhsil müəssisəsində hər bir şagirdə, müəllim kollektivinə, bir sözlə hər kəsə olduqca diqqət və qayğı ilə yanaşır. Atdığı addımların nəticəsidir ki, bugün rəhbərlik etdiyi kollektiv üzvünün hər birinin dövlətimizə, cənab Prezidentimizə inamları artmaqdadır.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Rüxsarə xanım başda olmaqla Xırdalan şəhər Bakı İqtisadiyyat və Humanitar Kollecin işgüzar kollektivi, bundan sonra da onlara göstərilən etimadın məsuliyyətini daha dərindən dərk edib, gənc nəslin təlim-tərbiyyəsində, gələcək həyata hazırlanmasında mümkün imkanlarından lazımınca istifadə edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi