xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 

Musa Süleymanov: Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldıldırıq

2-04-2024, 12:56 60 dəfə baxılıb

Musa Süleymanov: Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldıldırıq








Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Musa Süleymanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Musa Süleymanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zirə Dəniz Limanı 23.12.2013 – cü il tarixdə istismara verilmişdir. Liman 13.10.2016 – cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra – Dövlət Dəniz Agentliyi) tərəfindən dövlət qeydiyyatına alınmışdır. “ADO-G Logistics” MMC Zirə limanının əsas idarəetmə orqanıdır.

Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır.

Zirə Limanında agent xidmətləri “ADO-G Marine Services” tərəfindən göstərilir.

“ADO-G Marine Services” Xəzər dənizində yerli, regional və qlobal miqyasda gəmiçilik əməliyyatlarını dəstəkləmək üçün lazımi resurslar, təcrübə və infrastruktur ilə bir neçə təşkilatdan biridir.

Əməliyyatlar, sürətli və effektiv bir gəminin bərpası üçün dərin yerli təcrübə və port hakimiyyətləri ilə əla əlaqələrlə dəstəklənir.

ADO-G-nin beynəlxalq yük daşımaları xidməti konteyner gəmilərindən, toplu yük daşıyıcılarından, Ro-Ro gəmilərindən və tankerlərindən astarları və superyachtları seyr etmək üçün hər cür gəmilərə xidmət göstərir; Qazma platformaları və taxıldan, sementdən, poladdan, minerallardan xam, LPG və kimyəvi maddələrdən olan bütün yük növləri.

Xüsusi hazırlanmış həllər, liman zəngindən əvvəl, müddətdə və sonra, ehtiyaclarınıza cavab verən və dəyişən şəraitə uyğunlaşan gəmi statünüzün cusinformasiyasını saxlayır.

Zirə dəniz limanı öz fəaliyyətinin əsasını limanın dinamik və hər tərəfli inkişafında maddi nemətlərdən səmərəli istifadə və ətraf mühitin gələcək nəsillər üçün maksimum dərəcə yaxşı qorunmasında görür.

Bunun üçün müəsisə aşağıdakı öhdəlikləri qəbul edib:

Bütün beynəlxalq və ölkədaxili ekoloji normativlərə əməl olunmasının gözlənilməsi;
Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldılması ;
Ətraf mühitin zibillənməsinin qarşısının alınması üçün qabaqlıyıcı tədbirlər planın hazırlanması;
Əməyin mühafizəsi və istehsalatın təhlükəsizliyi üzrə vəziyyəti daim nəzarətdə saxlanması, bu sahədə vəziyyətin daim yaxşılaşdırması;
Müəsisənin işçilərinin “ekologiyanın qorunması” işlərinə hamılıqla cəlb edilməsi və bu sahədə göstəricilərin daim yaxşılaşdırılmasına nail olmaq.

Zirə limanı öz fəaliyyətinin əsasını müəssisənin dinamik və hər tərəfli inkişafında maddi nemətlərdən səmərəli istifadə və ətraf mühitin gələcək nəsillər üçün maksimum dərəcə yaxşı qorunmasında görür.

Bunun üçün müəsisə aşağıdaki öhdəlikləri qəbul edib:

Bütün beynəlxalq və ölkədaxili ekoloji normativlərə əməl olunmasının gözlənilməsi;

Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldılması ;

Ətraf mühitin zibillənməsinin qarşısının alınması üçün qabaqlıyıcı tədbirlər planın hazırlanması;

Əməyin mühafizəsi və istehsalatın təhlükəsizliyi üzrə vəziyyəti daim nəzarətdə saxlanması, bu sahədə vəziyyətin daim yaxşılaşdırması;

Müəsisənin işçilərinin “ekologiyanın qorunması” işlərinə hamılıqla cəlb edilməsi və bu sahədə göstəricilərin daim yaxşılaşdırılmasına nail olmaq.


Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanov - Aprel döyüşləri Azərbaycan ordusunun test imtahanı idi. Çünki biz deyirdik ki, ordumuz güclüdür və qısa zaman kəsiyində torpaqlarımızı işğaldan azad edə bilərik. Amma Ermənistan ordumuzun gücü ilə bağlı dediklərimizi ciddi qəbul etmirdi. Düşmən 23 ildə qurduğu səngərlərə və müdafiə sədlərinə arxayın idi. Amma 2 apreldə başlanan 4 günlük müharibə qısa zaman kəsiyində Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Təbii ki, düşmən ordusuna böyük itki verərək minlərlə hektar ərazilər işğaldan azad olunudu.


Ermənistan aprel döyüşlərinə qədər nəzarət etdiyi hündürlüklərdən Ağdərə, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayaış məntəqələrini mütəmadi atəş altında saxlayırdı. Aprel döyüşlərində ordumuz Lələtəpəni və Talış kəndi istiqamətində strateji yüksəklikləri işğaldan azad edilərək nəzarətimizi bərpa etdik. Cocuq Mərcanlıda təhlükəsizlik təmin edildi. Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı. Hətta keçmiş Prezident Serj Sarkisyan döyüş əməliyyatlarının dayandırılmasına yalvararaq münaqişəni danışıqlar yolu ilə həll olunmasına razı olduğunu bildirmişdi. Amma bir müddət keçəndən sonra o, yenə öz erməniliyində qaldı. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı idi. Məhz 27 sentyabr 2020-ci ildə başlanmış müharibədə erməni ordusu aprel döyüşlərində aldığı ruh düşkünlüyünü təkrar edərək döyüş meydanından siçan kimi qaçmağa başladı. Azərbaycan ordusunun qarşısını heç nə ala bilməzdi. Ordumuz qarşısına qoyulmuş tarixi vəzifəni uğurla icra edirdi. Nəhayət 44 gündən sonra Şuşada bayrağımız dalğalandırıldı. O cümlədən keçən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə 23 saatda Qarabağdakı erməni separatizmin kökünü kəsməklə bütün ərazilərdə suverənlik bərpa olundu. Beləliklə 2 aprel 2016-ci ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun yazmağa baladığı döyüş səlnaməsi Xankəndində keçirilmiş prezident seçkilərində erməni separatizimin tabutuna axırıncı mismarı vurmaqla başa çatdırmış olduq.

Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclüdür. Qarşımızdakı əsas vəzifə erməni işğalı altında qalmış 8 kəndin azad olunaraq bütün ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılmasıdır. 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Bu gün artıq 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtmışdır. 2026-cı ilin sonuna qədər isə 140 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılmışdır. 100 -dən çox şəhər və kəndin baş planları təsdiq olunmuşdur. Yeni şəhərlər və kəndlər tikilir. Bu bir daha Prezident İlham Əliyevin Liderliyinin və dəyişilməz mövqeyinin təntənəsi, xalqımızın böyüklüyün göstəricisidir. Bu gün xalqımızın başı ucadır. Çünki üzərimizdən məğlub xalq adı götürülmüşdür. Biz qalibik, qürurluyuq və öz yurdumuzun sahibiyik. Bundan böyük xoşbəxtlik ola bilməz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi