Dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır - Şər və böhtan yazanlara SON!
29-03-2024, 01:14
9 dəfə baxılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Son günlər bəzi internet saytlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki.. başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Gəncə əhalisi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşdü
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.
Qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov görüş iştirakçılarını ilaxır çərşənbə və Novruz Bayramı münasibətilə təbrik edərək, hər birinə cansağlığı arzulayıb.
Daha sonra şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Yurdumuza yenidən xoş müjdəli bahar gəldi. 30 il həsrətlə dilədiyimiz arzular artıq 4 ildir ki, çin olub. Dörd idir ki, 30 il işğal altında qalan əzəli-əbədi yurd yerlərimizdə uca dağlar, sıldırım qayalar öz ana dilimizdə əks-səda verir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır, şənliklər keçirilir.
Qarabağ həqiqətlərini, Ermənistanın işğalı nəticəsində üzləşdiyimiz bəlaları dünya ictimaiyyətinə hər zaman yorulmadan və usanmadan çatdıran ümummilli lider Heydər Əliyev xalqa Novruz müraciətlərinin birində demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Ata vəsiyyətinə əməl edən, layiqli varis Prezident İlham Əliyev Baharın gəlişinin işğaldan azad edilmiş torpaqlarımızda qeyd olunmasını ənənə halına çeviribdir. Belə ki, dövlətimizin başçısı Novruz tonqalını 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Tərtərin Talış kəndində yandırmışdı. Bu il isə düşmən tapdağından azad olunmuş yurd yerimiz Xankəndi şəhərində bayram tonqalını alovlandırdı.
Cari ilin 18 mart tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Dövlət başçımız dördüncü dəfə Novruz bayramının Qarabağın azad edilmiş torpaqlarında qeyd edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın müstəqil və suveren dövlət kimi öz torpaqlarında öz bayramlarını qeyd etmək hüququnu təsdiqlədi. Bu, həmçinin, ölkənin ərazi bütövlüyünün tamamilə təmin edildiyini və antiterror əməliyyatı nəticəsində suverenliyin tam bərpa olunduğunu göstərir.
Azərbaycan İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Prezident İlham Əliyev vurğuladı ki, bu işlər keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin edir və bu prosesin davam etdirilməsi planlaşdırılır. Bu, həmçinin, Ermənistanın İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxarmamasının və qanunsuz silahlı birləşmələrini Azərbaycan torpaqlarında saxlamaq cəhdlərinin qarşısını almaq üçün zəruri addımların atıldığını göstərir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa etmişdir. Dövlət başçımız Azərbaycanın bütün qərar və addımlarının beynəlxalq hüquqa əsaslandığını və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin öz gücü ilə bərpa edildiyini qeyd etmişdir.
Prezident ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yüksək səviyyədə təmin edilməsinin önəmini vurğulayaraq, Azərbaycan xalqının bu qələbələrlə əbədi qürur duyacağını bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin, torpaqların azad edilməsinin və bərpa-quruculuq işlərinin başlanmasının önəmini bir daha vurğuladı.
Prezident nitqinin sonunda deyib: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR