xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir

5-02-2024, 11:55 5 dəfə baxılıb



GDU-NUN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI “İLİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu” keçirilib.

Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) 2023-cü ildə respublika ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələri arasında fərqləndiyinə və tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə “İlin Tələbə Gənclər Təşkilatı” mükafatına layiq görülüb.

Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşovla görüş keçirib, gəncləri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB


Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Menecment və turizm işinin təşkili kafedrasının əməkdaşı Əlizamin Əmirovun ,,Sahə iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomu təqdim edərək, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi Şurada birinci məsələ –2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının gedişi haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun məruzəsi dinlənilib. Qeyd edilib ki, hazırda imtahanlar qabiliyyət formasında və kompüterdə test üsulu ilə davam edir. Mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Sessiya müddətində imtahanın gedişinə operativ nəzarət təşkil olunub və KİV nümayəndələri, tələbə valideynləri və şəhər ziyalılarının iştirakı ilə auditoriyalarda imtahanlara ictimai baxış keçirilib.

İclasda universitetin professor-müəllim heyətinin 2023-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və 2024-cü ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinə dair Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxış edib. Diqqətə çatdırılıb ki, 2023-cü il üçün universitet əməkdaşlarının yerli və beynəlxalq nüfuzlu jurnallarda çap olunmuş məqalələrinin sayında artım müşahidə edilib, elmi tədqiqatlarda seçilən mövzular əvvəlki illlərə nisbətən daha məqsədəuyğun və aktual olub.

Elmi Şurada Akkreditasiya Komissiyasının tövsiyələri ilə əlaqədar hazırlamış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatına dair İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov geniş məruzə ilə çıxış edib, universitetdə yaxın zamanlarda istifadəyə veriləcək STEAM laboratoriyası və mərkəzləşdirilmiş təhsil idarəetmə sistemi –“EduMan” proqram təminatı sistemi haqqında ətraflı danışıb.

İclasda gizli səsvermənin nəticələri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Abbasova GDU-nun “Fəxri doktoru” adının verilməsi ilə bağlı qərar qəbul olunub.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi