Rauf Əliyev: Tarixi Zəfər müstəqillik dönəminin ən mühüm məqamıdır
15-01-2024, 12:16
6 dəfə baxılıb

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Milli Məclisin deputatı Rauf Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli Məclisin deputatı Rauf Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Milli Məclisin deputatı Rauf Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Rauf Əliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Milli Məclisin deputatı Rauf Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rauf Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rauf Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı Rauf Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Milli Məclisin deputatı Rauf Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rauf Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rauf Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Rauf Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Rauf Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rauf Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Rauf Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Rauf Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Rauf Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Rauf Əliyev özünü doğruldub. Bizdə hörmətli Rauf Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Milli Məclisin deputatı Rauf Əliyev - Prezident İlham Əliyevin hər bir çıxışı, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliğatı ilə yanaşı, dövlət başçısının natiqlik məharətini, zəngin diplomatik təcrübəsini və dünya miqyaslı siyasi lider obrazını nümayiş etdirir. Cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi çox vacib bir məqama düşür. Dövlət başçısının baş verən hadisələrə münasibətinin öyrənilməsi və Azərbaycanın gələcəyə baxış konsepsiyasının mahiyyətini izləmək baxımından sözügedən müsahibə olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycan Liderinin ilk növbədə bütün inkişaf tendensiyalarının regional təhlükəsizlikdən keçdiyini dəfələrlə vurğulaması və bu sahədə konkret addımlar atması dünya güc mərkəzlərinin də diqqətini cəlb edib. Məhz Prezidentin bu qətiyyətli siyasəti dünya ictimaiyyətinin diqqətini Cənubi Qafqaza yönəldib. Bütün bu aspektlərdən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təqdirəlayiq hadisədir.
Yeni tarixi reallıqlar kontekstində Azərbaycanın tarixi Zəfərinin görünməyən tərəfləri də var və bu məqam hamı üçün maraqlıdır. Dövlət başçısının bu maraq doğuran suala cavabından bəlli oldu ki, Azərbaycanın 30 illik bir dönəmi tarixi Qələbə ilə başa vurmasının əsas səbəblərindən biri və birincisi düzgün siyasi strategiyanın seçilməsi və xalqın dəstəyidir. Tarixin dönüş nöqtəsi kimi xarakterizə olunan 2003-cü ildə keçirilən Prezident seçkilərində Azərbaycan xalqının düzgün seçim etməsi və Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə dəstək verməsi məhz bu nəticələrdə xüsusi rola malikdir. Son 20 ilin tarixi uğurları göz qabağındadır. Hesab edirəm ki, müstəqillik tariximizin ən həlledici məqamı da məhz 2003-cü il idi. Çünki o vaxtadək məhz dahi Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin işıqlı gələcəyi barədə konseptual yanaşma özünü təsdiqləmişdi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü və qətiyyətli Lider, düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil dövlət çox ciddi təhlükələrlə üzləşə bilər.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinə son qoyuldu, siyasi sabitlik təmin edildi və ölkəmizdə yeni inkişaf mərhələsi başladı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu dövr ərzində dövlətçilik prinsipləri bərqərar olundu, beləliklə Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı. Eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.
Son zamanlar Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez Azərbaycan əleyhinə bəyanatlar verilməsinin şahidi oluruq. Fransanın belə mənfi münasibətinin səbəblərinə dair sualı cavablandıran dövlət başçısı əslində təkcə Fransaya yox, həmçinin onların havadarlıq etdikləri Ermənistana, eləcə də digər ermənipərəst qüvvələrə də qətiyyətli cavab verdi. Zənnimcə, bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşması cəhdləri boş və mənasızdır. Təbii ki, bizi böyük inkişaf və tərəqqi yolundan heç kim döndərə bilməz.
Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Ermənistanla aparılan sülh danışıqları gündəmdə olan ciddi məsələlərdən biridir. Hazırda proseslərin gedişatı göstərir ki, Ermənistan müxtəlif bəhanələrlə Sülh müqaviləsini ləngidir. “Delimitasiya və demarkasiya prosesini önə çəkməklə sülh danışıqlarını uzatmağa çalışan Ermənistanın bu istəyi reallaşacaqmı” sualına aydınlıq gətirən cənab İlham Əliyev qeyd edib ki, əgər biz delimitasiyanı gözləyib sülh danışıqlarını təxirə salsaq, onda Sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, dost və qonşu Gürcüstanla delimitasiya hələ də başa çatmayıb. Sərhədlərin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam edib. Demarkasiya hələ ki, tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda Sülh müqaviləsi uzanacaq. Biz hesab edirik ki, Sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır.
Məlumdur ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Alternativ enerji sahəsində əldə olunan nailiyyətlər yaxın gələcəkdə ölkəmizin yaşıl enerji sahəsində mühüm nəticələrə nail olacağından xəbər verir. Eyni zamanda iqlim dəyişikliklərinə enerji sahəsinin təsiri də danılmazdır. Bu mənada ölkəmizin bərpa olunan enerji potensialı ildən-ilə artır. Xəzər regionu Avropanın yaşıl enerji mərkəzlərindən birinə çevrilir. Hətta 2030-cu ilədək bu potensialın 30 faiz artırılması planlaşdırılır. Eyni zamanda, bu il ölkəmiz COP29 kimi böyük bir tədbirə ev sahibliyi edəcək. “Qarşıda duran hədəflər, əsas istiqamətlər nələr olacaq” sualını cavablandıran dövlət başçısı bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın Xəzər dənizindəki enerji potensialını 157 min meqavat həcmində təsdiqləyib. Hazırda enerji sahəsində bu istiqamət prioritetdir. Biz yaxın 3-4 ilə bərpa olunan enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. Müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi elektrik stansiyalarımızın potensialı təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir. Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpa olunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Avropada Azərbaycan qazına tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik.
Azərbaycanın Qoşulmama Hərəkatında oynadığı rola dair sualı cavablandıran cənab İlham Əliyev bu mötəbər təsisatın qısa tarixçəsi ilə bağlı məlumat verərək ölkəmizin bu prosesdə mühüm rolunu qeyd etdi. Son dönəmdə Azərbaycanın sədrlik etdiyi bu Hərəkat BMT-dən sonra ikinci ən nüfuzlu beynəlxalq təşkilat kimi rol qazanıb.
Son olaraq qeyd edək ki, Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizənin əsas Lideri kimi yeni bir tarix yazan dövlətimizin başçısı bir daha qətiyyətli mövqe ortaya qoyaraq bundan sonra da imperializmə və neokolonializmə qarşı mübarizənin davam etdiriləcəyini, ölkəmizin daim haqlı mövqedən çıxış edəcəyini vurğulayıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR