xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

TAHİR GÖZƏL: "QARABAĞ"I BU SƏVİYYƏYƏ GƏTİRDİYİMİZƏ GÖRƏ SEVİNİRƏM"

21-12-2023, 15:42 56 dəfə baxılıb

TAHİR GÖZƏL: "QARABAĞ"I BU SƏVİYYƏYƏ GƏTİRDİYİMİZƏ GÖRƏ SEVİNİRƏM"


"Qarabağ"ın prezidenti Tahir Gözəl qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tahir Gözəlin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tahir Gözəl səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Qarabağ"ın prezidenti Tahir Gözələ biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib. İsveçrənin Nyon şəhərindəki tədbirdə klubumuzun prezidenti Tahir Gözel də iştirak edib. O, Portuqaliyanın “Braqa” klubunu komandamıza rəqib olmasına münasibət bildirib:

“Azərbaycanı ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsində, bu raundun püşkatmasında təmsil etmək bizim üçün qürurdur. Biz bu gün tarixi bir hadisəni yaşadıq. Buna canlı şahidlik etmək üçün tədbirə şəxsən özüm qatıldım. Püşkdən öncə mümkün rəqiblərimizin gücünə bələd idik. Bu 8 klub Çempionlar Liqasında öz iddiaları ilə seçilən komandalardır. Onlar qitənin ən nüfuzlu klub turnirindən gəliblər. “Braqa” da belə komandalardan biridir. Güclü Portuqaliya çempionatında çıxış edirlər və avrokuboklarda müntəzəm oyunları ilə seçilirlər. Güclü komandaların yer aldığı bu mərhələdə asan rəqib olmur. “Qarabağ”ı və ölkəmizi bu səviyyəyə gətirdiyimizə sevinirəm. Lakin bununla kifayətlənmək istəmirik və missiyamız hələ davam edir. “Qarabağ” təkcə 30-35 nəfərdən ibarət deyil. Milyonlarla insanın ürəyi bizimlədir. Püşkatmanın keçirildiyi zalda 10 milyon azərbaycanlı olduğunu hiss etdim. “Qarabağ”a, vətənimə uğurlar arzulayıram. Hamı əmin olsun ki, klubumuzu və Azərbaycanı ən yaxşi səviyyədə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

X A N K Ə N D İ

TAHİR GÖZƏL: "QARABAĞ"I BU SƏVİYYƏYƏ GƏTİRDİYİMİZƏ GÖRƏ SEVİNİRƏM"
TAHİR GÖZƏL: "QARABAĞ"I BU SƏVİYYƏYƏ GƏTİRDİYİMİZƏ GÖRƏ SEVİNİRƏM"


TAHİR GÖZƏL: "QARABAĞ"I BU SƏVİYYƏYƏ GƏTİRDİYİMİZƏ GÖRƏ SEVİNİRƏM"


Prezident İlham Əliyev qarşılaşmanı şəhid övladları ilə birgə izləyir.
TAHİR GÖZƏL: "QARABAĞ"I BU SƏVİYYƏYƏ GƏTİRDİYİMİZƏ GÖRƏ SEVİNİRƏM"

Uşaqlar dövlət başçısı üçün ayrılmış sektorda oyuna tamaşa edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi