11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO
09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar
13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar
Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə “MİKULAS CUPA 2022” Beynəlxalq Turnir keçirilmişdir
16-12-2022, 12:25
49 dəfə baxılıb
3-4 dekabr 2022-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə “MİKULAS CUPA 2022” Beynəlxalq Turnir keçirilmişdir. 45 ölkə arasında keçirilən turnirdə Azərbaycanı “Spartak” Konüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti (BTİC) İctimai Birliyinin yetirmələri uğurlu çıxışları ilə təmsil ediblər. Belə ki, gimnastlardan balacalar-Yusifova Melissa (2014 –cü il) çoxnövçülük üzrə 2-ci yer, alətsiz 2-ci yer, topla 3-cü yerə, Turan Zeynalzadə (2012-ci il) çöxnövçülük üzrə 2-ci yer, iplə 1-ci yerə, yeniyetmələr- Məryəm Hüseynzadə çoxnövçülük üzrə 3-cü yer, lentlə 1-ci yer, iplə 1-ci yerə, Selcan Əliyeva lentlə 1-ci yerə, çoxnövçülük üzrə 6-cı yerə, Alika Ağamoğlanova çoxnövçülük üzrə 2-ci yer, topla 2-ci yer, iplə 1- yerə, Fidan Tağıyeva çoxnövçülük üzrə 2-ci yer, topla 1 yerə layiq görülüblər. Gimnastların qazandığı bu uğur məşqçi – müəllimlər Nurlana Əlizadənin və Natalya Nərimanovanın rəhbərliyi altında keçən gərgin məşq prosesinin nəticəsidir. Turnirdə qazanılmış uğurlar gələcək nailiyyətlərin möhkəm bünövrəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: