xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı

6-05-2019, 12:27 200 dəfə baxılıb

Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı



Bakı 2019-cu ilin may ayında (16-19) ilk dəfə olaraq, gimnastikanın 2 növü üzrə birgə Avropa Çempionatına ev sahibliyi edəcək. Belə ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.

16-19 may tarixlərində Milli Gimnastika Arenasında start götürəcək ilk çempionat, artıq 4-cü dəfədir ki (2007, 2009, 2014, 2019) paytaxtımızda təşkil olunan bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı olacaq.

4 gün davam edəcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Ən zərif gimnastika növünün təmsilçilərinin icrasında ovsunlayıcı çıxışları izləmək istəyən tamaşaçılar artıq öz biletlərini Arenanın kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn https://ticketing.mga.az/ əldə edə bilərlər. Təsnifat və final günlərindən asılı olaraq, biletlərin qiyməti 8, 10, 12, 15 və 20 manat təşkil edir.

Xatırladaq ki, Federasiyasının bu il daha sərfəli şərtlərlə təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının daimi izləyiciləri (ətraflı: http://agf.az/az/news/2151//competitions/information/159) Arenanın kassasında ala biləcəklər.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda yenilənəcək.

Yarışların başlama vaxtı:

16 may - 17:00

17 may – 12:00

18 may – 10:00

19 may – 12:00

Məkan: Milli Gimnastika Arenası






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi