xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 12:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 
  • 11:16 – Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar 
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 

Polis əməkdaşlarının fəaliyyəti Zaqatala sakinləri tərəfindən də razılıqla qarşılanır

22-10-2022, 12:35 62 dəfə baxılıb

Polis əməkdaşlarının fəaliyyəti Zaqatala sakinləri tərəfindən də razılıqla qarşılanır


Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov - “Zəngilanın işğaldan azad olunduğu gün daha bir beynəlxalq hava limanının açılışının sevincini yaşadıq. Xüsusən Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etmələri sevincimizə sevinc qatıb”.

Polis əməkdaşlarının fəaliyyəti Zaqatala sakinləri tərəfindən də razılıqla qarşılanır


Prezident İlham Əliyev 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda önəmli məsələlərə toxunub: “Cənab Prezidentin dediyi kimi Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Bu fikirlərlə cənab Prezident iki dövlətin qardaşlığının və birliyinin möhkəmliyinin əhəmiyyəti bildirir. Diqqət çəkən məqam odur ki, bu il ərzində artıq işğaldan azad olunan ərazilərdə ikinci beynəlxalq hava limanının açılşı olur. Elə Füzuli Beynəlxalq Hava Limanının da açılışında məhz Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. Bu o deməkdir ki, Azərbaycanın ən əlamətdar günlərində qardaş Türkiyə hər zaman bizimlədir”.

İşğaldan azad olunan ərazilərin bərpa olunmasında da Türkiyə yaxından iştirak edir: “Prezident İlham Əliyev bəyanatında vurğuldığı kimi, bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”. Mövcud geopolitik vəziyyət Azərbaycanla Türkiyəni bir-birinə daha da bağlayıb. Xüsusın 44 günlük Vətən müharibəsində bu bağ, birlik daha da möhkəmləndi. Sevinirik ki, bu gün hər iki ölkənin qırılmaz qardaşlıq və dostluq münasibətləri dünyaya nümunədir”.

**

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vəfadar Orucov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vəfadar Orucov Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovdan nümunə götürən Vəfadar Orucovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Vəfadar Orucov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vəfadar Orucov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala rayon Polis şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının böyük xidmətləri var. Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Zaqatala rayon Şöbəsinə rəis təyin edilən Vəfadar Orucov qısa vaxt ərzində şəhərdə cinayətkarlıqla mübarizədə öz sözünü deyib. Şərəfli xidmət yolu keçən Zaqatala rayon Polis Şöbəsinin şəxsi heyəti bu gün Vəfadar Orucovun rəhbərliyi ilə rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsi üçün əhəmiyyətli işlər görür.

Vəfadar Orucov bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Çünki, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Vəfadar Orucova böyük etimad göstərərək onu bir rayonun polis rəisidən digər rayona polis rəisi təyin etmışdır. Bu gün Vəfadar Orucov cənab nazir Vilayət Eyvazovun tapşırığı əsasında var gücü ilə çalışır ki, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldur.

Zaqatala rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, Zaqatala rayonunda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində son 3 ay ərzində Zaqatala rayonunda törədilən cinayət hadisələrinin səbəbi isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, eləcə də rayonda kriminal hadisələrin sayı xeyli azalıb.

Polis əməkdaşlarının fəaliyyəti şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır. Vəfadar Orucov hələ Daşkəsən rayon Polis Şöbəsində işləyərkən bacarığı və düzgün işi ilə rəhbərliyin etimadını doğrultmuşdu. Son aylarda onun rəhbərliyi ilə Zaqatala rayonubda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər qısa vaxt ərzində saxlanılaraq istintaqa təhvil verilib.

Vəfadar Orucovun xidmətləri sayəsində bu gün Zaqatalada insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Zaqatalada polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Zaqatalada iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.

Ona etibar edilən bütün işlərdə Vəfadar Orucov özünü doğruldub. Bizdə hörmətli Vəfadar Orucovu Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi