xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq

14-05-2019, 10:03 100 dəfə baxılıb

Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq



18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi"nə start verilib.

Təhsil Nazirliyindən publika.az-a bildirilib ki, "Məktəblilər üçün muzey həftəsi"nin təşkilində məqsəd 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.

Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə keçirilir.

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbini, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumtəhsil müəssisələri ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında öncədən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə məlumat verməlidir.

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə ekskursiya olunacaq məkanlara Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, "Qala" Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Milli Təhsil Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi Bohm Planetari, habelə Abdulla Şaiqin, Məmməd Səid Ordubadinin, Bülbülün, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Niyazinin və Tahir Salahovun ev-muzeyləri daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi