xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA

27-08-2020, 14:22 927 dəfə baxılıb

Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA


Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var.
Bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib.

Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib.

Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Xarici dil, Azərbaycan tarixi, Ümumi tarix, Fiziki tərbiyə, Təsviri incəsənət) "2” yazılıb.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əlizadə Niyaz Eldəniz oğlunun valideyni tərəfindən irəli sürülən iddialar araşdırılıb:

"Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 2019-2020-ci tədris ilində IX sinfi bitirən Əlizadə Niyaz Eldəniz oğlunun ümumi orta təhsil haqqında attestatındakı səkkiz fəndən (Azərbaycan dili, ədəbiyyat, rus dili, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, təsviri incəsənət) "2” (iki) qiymət alması ilə bağlı məsələ tərəfimizdən araşdırıldı.

Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX "B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub, mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb və qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də "2” (iki) çıxıb”.

Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi