xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Elxan Hüseynov: Təhsil millətin gələcəyidir

6-09-2023, 12:30 72 dəfə baxılıb

Elxan Hüseynov: Təhsil  millətin gələcəyidir


SDU-nun rektoru professor Elxan Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elxan Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, SDU-nun rektoru professor Elxan Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Təhsil millətin gələcəyidir. Ümummilli Lider Heydər Əliyev uşaqları gələcəyimiz kimi dəyərləndirir, onların hərtərəfli inkişafı üçün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Bu vəzifələr sırasında uşaqların təhsili, onların vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ kimi öndə dayanırdı. Ümumilikdə təhsil hər bir dövlətin inkişaf səviyyəsinin göstəricisidir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsinin 100 faiz olması təhsil sahəsində aparılan islahatların, görülən tədbirlərin uğurlu nəticələridir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını daim diqqətdə saxlayaraq bu sahədə əsas göstərici olan məktəblərin tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirlər. Hər yeni tədris ilində neçə-neçə məktəbin tikintisi, yaxud əsaslı təmir edilərək istifadəyə verilməsi, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onların açılışında iştirakı ölkəmizdə təhsilin nə qədər xüsusi önəm kəsb etdiyini açıqlayır.

Sumqayıt Dövlət Universitetində (SDU) bp şirkəti ilə SDU nümayəndələri arasında görüş keçirilib.

Elxan Hüseynov: Təhsil  millətin gələcəyidir

Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və SDU-nun rektoru professor Elxan Hüseynov iştirak etdilər.
Öncə rektor professor Elxan Hüseynov və bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli Ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Hər iki tərəfin nümayəndələrinin iştirak etdiyi görüşdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qonaqları salamlayıb, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkətlərindən biri kimi bp-nin ölkəmizdə neft sektorunun inkişafı naminə gördüyü işlərdən söhbət açıb. Bildirib ki, bp Azərbaycanda təkcə neft sektorunda deyil, iqtisadiyyatın digər bölmələrində, o cümlədən təhsil, mədəniyyət, sosial və s. sahələrdə də fəaliyyəti ilə diqqət cəlb edir. Şirkətin Azərbaycanın Ali təhsil müəssisələrinə müxtəlif sahədə layihələr həyata keçirmək üçün dəstək göstərməsi özəl sektorun təhsilə qayğısının bariz nümunəsidir.
Şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli çıxış edərək bp – nin fəaliyyət istiqamətləri, həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumat verib. bp – nin Azərbaycanda fəaliyyət göstərdiyi illər boyu cəmiyyətə fayda gətirən təhlükəsiz və davamlı biznes fəaliyyətinə dair gördüyü işlərdən danışıb. Vitse prezident bildirib ki, Azərbaycanda bp-nin həyata keçirdiyi təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün insan kapitalının inkişafına yardım etməkdir. Bəxtiyar Aslanbəyli SDU ilə uzunmüddətli və davamlı əməkdaşlığın yaradılmasına xidmət edəcək təşəbbüslərin mühümlüyünü vurğulayıb.
Daha sonra tərəflər gələcək əməkdaşlığın istiqamətini müəyyən edəcək Anlaşma memorandumu təşəbbüsü ilə çıxış etmişlər. Həmin memorandumun tərtib edilməsi İşçi qruplarına həvalə edilmişdir. Həmçinin istehsalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Elxan Hüseynov: Təhsil  millətin gələcəyidir
Elxan Hüseynov: Təhsil  millətin gələcəyidir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi