xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Roman Səfərov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir

8-05-2023, 12:44 39 dəfə baxılıb

Roman Səfərov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Zərdab süd zavodunun direktoru Roman Səfərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Zərdab süd zavodunun direktoru Roman Səfərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Roman Səfərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Roman Səfərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zərdab süd zavodunun direktoru Roman Səfərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zərdab süd zavodunun direktoru Roman Səfərov - Xalqımızın əvəzsiz oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünəqayıdış prosesinin başladıcısı və idarəedicisi Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində o qədər mühüm yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, qeyd etdiyimiz titulların heç biri Onun uğurlu fəaliyyətini tam əhatə etmir. Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik atdığı hər bir addımda özünü göstərirdi. Biz bu gün Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. İnkaredilməz reallıqdır ki, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Çünki o bütün ömrünü xalqının, milllətinin inkişafına, uğurlu gələcəyinə həsr etmişdir.

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə də xalqa xidməti prioritet istiqamət seçmişdir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi.

Üzərinə götürdüyü xilaskarlıq missiyasının ağırlığına, məsuliyyətinə baxmayaraq, ürəyi vətən, xalq sevgisi ilə döyünən dahi Lider bu missiyanı uğurla yerinə yetirdi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq". Azərbaycanın son 30 ildəki inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz mahiyyəti, yeniliyi və konkretliyi ilə hər zaman aktualdır.

Roman Səfərov səlahiyyətləri çərçivəsində Şəhid ailələrinə, qazilərə hər cür köməklik edir


Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Həmin siyasət Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Tam əminliklə demək olar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün bu hədəflərə yetişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi