xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Prezidentdən İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM

21-10-2022, 14:35 52 dəfə baxılıb

Prezidentdən İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və İtaliyanın tanınmış universitetləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən Azərbaycan Respublikasının ərazisində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə imzalanıb.

Sənədə əsasən, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilir.

Müəyyən edilir ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi