xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Manaf Ağayev karantin qaydalarını pozub dəbdəbəli villasında məşhurlara iftar süfrəsi açdı — VİDEO

11-05-2020, 11:08 189 dəfə baxılıb

Manaf Ağayev karantin qaydalarını pozub dəbdəbəli villasında məşhurlara iftar süfrəsi açdı — VİDEO


Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.
Oxu.az xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.

M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: “Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.

Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.

“Manaf qardaşım sağ olsun Ramazan günündə bizim üçün iftar süfrəsi açıb. Bura (Manafın bağ evi - red.) öz evimiz kimidir. Hər zaman süfrən açıq olub, olacaq da. Sən Allahın sevimli bəndəsisən. Başın uca, süfrən ruzili, kisən bərəkətli olsun”, - deyə Vasif bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tədbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsəfasi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır.

Yuxarıda sadaladığımız bütün bəndlər isə müğənni Manaf Ağayevin lentə alaraq, sosial media hesabında paylaşdığı videoda pozulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi