xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərin şousu, “Xəzər”in qara siyahısı, Afətin kanalı, Sevdanın ərə getməsi.... — ŞOUMIZ

16-03-2020, 12:33 58 dəfə baxılıb

Azərin şousu, “Xəzər”in qara siyahısı, Afətin kanalı, Sevdanın ərə getməsi.... — ŞOUMIZ


"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (7-ci say) təqdim edir.

Deyir Azər Zahidin villasında oğurluq ediblər, evi soyublar, unitazı belə aparıblar. Bu da etmə tənbəllik, bunu videoya çək, sosial şəbəkədə paylaş. Keçmə bu şou nümayəndələrinin həyatlarının hər anlarını gözlər önünə sərgiləməklərindən.

Pakizə xala da deyir ay bala Azər şou əhli deyil e, jurnalistdir, səhv yazmısan. Bu yerdə məşhur “Trumanın şousu” filmindəki qəhrəman yadıma düşdü. O da yadınızdadırsa nə müğənni idi, nə aktyor, sadəcə bütün həyatını canlı yayımda yaşayırdı, yəni şouda oynayırdı. Bu yerdə yenə Pakizə xala işə qarışır. Deyir ay bala, sabah inəyim doğacaq, bəlkə “İnstagram”da canlı yayıma çıxaq?

Keçən həftə Xəzər televiziyasına baş direktor təyin olunan Murad Dadaşov bəzi müğənnilərə efir qadağası qoyub.

Bunlar da bütün günü efirdə yatıb-duranlar idi. Son zamanlar hətta soyuducunu açanda da onlar oxuyurdular. Bir vaxtlar rəhmətlik Habil Əliyev demişkən “soyuducunu açıram Aygün oxuyur” kimi. Pakizə xala da buradan nigarandır. Soruşur bəs indi Şəbnəm Tovuzlu “qara siyahıya” düşdü, həcisindən harada danışacaq? Deyirəm ay Pakizə xala, sən işində ol. “İnstagram”nan “Youtube”un canı sağ olsun. De, Afət Fərmanqızı, deyib ki, “Xəzər” Tv-ni neyləyirəm ki, onsuz orada məndən pul istəyirdilər, mən də efirə çıxmırdım. Mənim ondan üstün efirlərim var, “Youtube” kanalım var. Deyirəm, bu “Xəzər”ində əlinin duzu yoxdu e. Bu müğənnilərə nə qədər edir, yenə qədir-qiyməti yoxdur. Afət nə tez unutdu ki, elə o efirdə ona “pərəstişkarı” avtomobil hədiyyə etmişdi.

Bu səfəri “qara siyahı” uzun olub. Damla, Pərviz Bülbülə, Türkan, Manaf Ağayev, Mətanət Əsədova və digər meyxanaçılar. Vallah, burada ancaq “Bağlı qapınız tezliklə açılsın” deməkdən başqa əlimizdən heç nə gəlmir.
Sən demə, Mətanət İsgəndərli də ərini ilk dəfə toy gecəsində görüb, bunu mən demirəm, atası deyir. Deyir cavan idim, nə yaşım vardı ki, qızıma elçi gəldilər verdim, getdi. Mətanətin də heç 18 yaşı olmayıb, elə deyiblər dur gedək, soruşub ay ata hara, deyiblər ki, yaxşı yerdi, narahat olma, oppalara gedirik.

Günay İbrahimli yenidən “Şoumız”ın siyahısındadır. Sənətçi bu dəfə geyim və əşyaları ilə deyil, dünyanı cənginə alan koronavirusla gündəmdədir. Sən demə, bu virus müğənniyə nə qədər ziyan vurub, yox səhv başa düşdünüz canına yox, cibinə. Nə qədər toyları, məclisləri təxirə düşüb.

Müğənni Sevda Yəhyayeva isə ərə gedir, özü də oğlan həkimdir. Deyirəm də bu “İnstagram” hamının həyatını xilas edir. Sevda da gələcək həyat yoldaşı ilə orada tanış olub, oğlan yazdığı sözləri ilə qızın ürəyinə yol tapa bilib. Allah xoşbəxt etsin.

Deyirəm, indi sosial şəbəkədə oturan “qaqaşlar” bu xəbərdən sonra bir xeylam ümidlənəcəklər ki, bizim də bəxtimiz bir gün belə gətirəcək. Bəxtimizi sınamağa davam edək. O dəfə baxıram ki, kitab mağazasının önündə növbədir. Soruşuram nə məsələdir, satıcı deyir bilmirəm nədəndir, ancaq 1 həftədir kitab oxumağa yaman həvəs artıb. Gələn-gələn qalaq-qalaq kitab alır, hamısı da romantik şeir kitablarıdır. Bu yerdə barmağımı dişlədim, dedim hə, deyəsən Sevdanın etirafı işə yarayıb, oxuyurlar ki, yaxşı qafiyə tapsınlar.

Deyir Amerikada bir model koronavirusa görə küçədə soyunub, nə söhbətdir?

Vüsalə Balayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi