xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“Uşağın sahibi ola-ola sən kimsən ki, hoqqa açırsan?”

13-01-2020, 12:11 92 dəfə baxılıb

“Uşağın sahibi ola-ola sən kimsən ki, hoqqa açırsan?”


“Bu fotonu tələbəm Müzəffər gizli çəkərək mənə göndərib. Siz necə dəyərləndirəcəksiz, bilmirəm. Amma mənə o qədər təsir etdi ki, sözə çevirə bilmirəm. Mən uşaq vaxtı yaşadığım 8 nömrəli internat məktəbində bir müəllimə var idi. Ondan çox qorxurduq. Qadın bizdə “iclas” sözünü fobiya etmişdi. Hələ də məni kimsə iclasa çağıranda elə bilirəm ki, kimlərsə, yaxud mən çox pis danlanacam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəöbəkədə yazıb. O, şagirdi ilə fotosunu paylaşaraq başına gələn maraqlı hadisədən söz açıb:

“Çünki uşaqlarımızın hamısını söyürdü, yaxud özünə məxsus bir formada qarğış edirdi. O vaxt sözlərinin mənasını anlamırdıq. Görəsən, biz necə dözmüşük? Deməli, belə çıxır ki, o vaxt uşaqlar dözümlü olub. İradələri zəif olmayıb, hə?

Ailə qurmamışdan əvvəl qaşlarım çox nazik idi. Hətta yaxından görməyənlər elə bilirdi ki, qaşlarımı almışam. Bir gün həmin o tərbiyəçi yanında bir müəllim yoldaşı ilə məni otağa apardılar. Üzümü pəncərənin önünə tərəf tutaraq qaşlarımı yoxladılar. Mən də səfeh kimi onların əlinin altında oturub icazə verdim ki, qaşlarıma baxsınlar. Adama deyən lazımdır ki, bu uşağın sahibi ola-ola sən kimsən ki, başıma hoqqa açırsan? Bu barədə evdəkilərə heç məlumat vermədim. Bütün uşaqların o qadına qarşı qorxusu var idi.

Uşaqları qorxudaraq guya öz aləmində tərbiyə edən müəllimlərə sözüm var! Onlara öncə sevgi vermək, qayğı göstərmək lazımdır. Uşaqlar onsuz da böyük sevgilərindən ehtiram göstərəcəklər. Uşaqları qorxutmağa çalışmayın. Bu, ömürlük travmaya çevrilə bilər. Uşaqlar müəllimini sevməlidir, qorxmalı deyil”.

“Uşağın sahibi ola-ola sən kimsən ki, hoqqa açırsan?”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi