xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

ALLAH MƏNƏ BU MÖCÜZƏNİ YAŞATDI

2-05-2019, 10:16 90 dəfə baxılıb

ALLAH MƏNƏ BU MÖCÜZƏNİ YAŞATDI



Xəbər verdiyimiz kimi ötən həftə Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzasına düşüb. Aktrisa ilə bərabər avtomobildə olan ailənin tibb bacısı və yaxın qohumu ciddi şəkildə zədə alıb. 1 saylı Tibbi Kliniki Mərkəzə çatdırılan yaralılara dərhal tibbi yardım göstərilib.

BEŞ.AZ oxu.az-a istinadən xəbər verir ki, Mehriban Xanlarova səhhəti və başına gələn bədbəxt hadisə ilə bağlı açıqlama verib.

"Dəhşətli hadisə idi. Baxmayaraq ki, qəzanın üstündən bir neçə gün keçib, amma hələ də özümə gələ bilməmişəm. Şokdan ayıla bilmirəm. Möcüzə nəticəsində sağ qaldıq. Səhhətim stabildir. Ayağımı gipsə salıblar. Ev şəraitində müalicəmi davam etdirirəm. Amma mənimlə bu qəzada xəsarət alan ailəmizin tibb bacısının vəziyyəti ağırdır. O, kəllə-beyin travması alıb. Hələ də xəstəxanadadır".

Sənətçi qəzanın səbəbləri haqqında bunları söyləyib.

"Qəza anidən baş verdi. Hadisə bir saniyənin içərisində baş verdi. Avtomobilim özümə aid deyil. Hamı mənim kirayə avtomobil sürdüyümdən xəbərdardır. Baş verən qəza ilə bağlı araşdırmalar gedir. Hadisə ilə bağlı informasiya verə bilmirəm. Mənim avtomobilimlə toqquşan "Mercedes" markalı avtomobilin sahibi hər gün mənə baş çəkir. Vəziyyətimlə maraqlanır. Məni hamı kasıbların yanında olan bir insan kimi tanıyır. Heç kəsdən heç nə ummuram. Ondan da heç bir maddi yardım istəməmişəm".

M. Xanlarova sənət yoldaşlarının bu vəziyyətdə onu tək buraxmadıqlarını dilə gətirdi.

"Sağ olsun məni yada salıb, yanıma gələn hər bir sənət yoldaşımı. Bir çox müğənnilər və həmkarlarım eləcə də çalışdığım Akademik Milli Dram Teatrının bütün kollektivi vaxtaşırı mənə baş çəkirlər. Hər birinə öz minnətdarlığımı bildirirəm. Dəhşətli qəza nəticəsində mənim sağ qalmağım bir möcüzədir. Allah mənə bu möcüzəni həm yaşatdı, həm görsətdi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi