xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

“Röya xala, peraşki qurtardı deyə boşandınız?” — Xalq artisti başına gələn məzəli hadisədən danışıb - VİDEO

3-12-2019, 10:35 66 dəfə baxılıb

“Röya xala, peraşki qurtardı deyə boşandınız?” — Xalq artisti başına gələn məzəli hadisədən danışıb - VİDEO


Xalq artisti Röya Ayxan “3D” verilişində Dadaş Dadaşlinskinin qonağı olub.
“Ölkə.Az” xəbər verir ki, ifaçı verilişdə verdiyi maraqlı açıqlamaları ilə yadda qalıb.

“Mənim üçün bəzi müğənnilər var ki, ölüblər. Bildirim ki, bunlar kişi müğənnilərdir. Qadınlara bir az başqa cür yanaşıram. Çünki bilirəm ki, öz uğursuzluqlarını ört-basdır etmək üçün arxamca nəsə danışırlar”, -deyə Röya bildirib.

İfaçı yarımçıq qalan təhsilindən də söhbət açıb:

“Anamın istəyi ilə BDU-nun hüquq fakultəsinə daxil oldum. Sonra başa düşdüm ki, təhsilimi davam etdirə bilməyəcəyəm və yarımçıq qoydum”.

Dadaşlinskinin “Universitetə daxil olmaq üçün hamı imtahan verir, siz hazırlaşmamış, bunu necə etdiniz?” sualına maraqlı açıqlama verib.

“Bunlar çox uzun məsələdir. Bizim kimi tələbələr də var. Bəzi imtahanlar verilmişdi. Tam dərinliyə də getmək istəmirəm”.

“Lazım olan və olmayan imahanlar hansılardır?”, - deyə aparıcı yenidən Röyaya müraciət edib. Lakin müğənni bu suala cavab verməyə çətinlik çəkib. Bu məqamda aparıcı ifaçıya kömək etmək məqsədi ilə onun “Kimin belə sevgilisi var?” mahnısını zümzümə edib. Sənətçi isə buna bir az sərt qarşılıq verib.

“Xeyr, bizim həyatımızda belə şeylərə yer verilmir. Mən sevməyi sevirəm. Ancaq onun mənim işimə, təhsilimə və həyat rejimimə heç bir aidiyyatı yoxdur”.

Sənətçi Dadaşlinskinin “Nəsib Nurun verilişinə içkili çıxmışdınız” sualını da cavablandırıb.
“Sürücüm 12 ildir ki, yanımda işləyir. Onun oğlu dünyaya gəlmişdi və biz hamımız həmin gün qonaqlıqda idik. Bir az içkinin qədərini qaçırtdım. Üzr istəyirəm” deyə, Röya gülərək, bildirib”, - deyə səmimi etiraf edib.

Röya keçmiş qaynatası “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbəri Çingiz Cəliovdan da danışıb:

“Allah hər kəsin qapısını açsın. O, mənim ailəmdir. Mən onların ailəsindən bir qanı daşıyıram. Bu da mənim oğlumdur. Onlara dəyən daş mənə də dəyir”, deyə sənətçi bildirib.

Röya balaca bir uşağın ona maraqlı müraciətindən də gülərək söz açıb:

Balaca, 5-6 yaşlı uşaq mənə “Röya xala peraşki qurtardı deyə boşandınız?” sualını verdi. Deməli evdə bunu müzakirə ediblər ki, uşaqda məndən belə söz soruşub. Çünki bu 5 yaşlı uşağın anlayacağı mövzu deyil”, - deyə o, əlavə edib.

Röya Brilliant Dadaşovanın “Musiqinin milliyəti yoxdur” fikirinə də münasibət bildirib:

“Düzdür, mən də deyirəm bu sözü. Xoşum gəlməyən müğənninin mahnısını zümzümə edə bilərəm. Ancaq mənim millətimi incidənlərə “Super” yaza bilmərəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi