xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kamil Zeynallı təkcə bu ölkəyə səfər edə bilər - AÇIQLAMA

22-02-2024, 10:55 0 dəfə baxılıb

Kamil Zeynallı təkcə bu ölkəyə səfər edə bilər - AÇIQLAMA


Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Moskvanın Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən edilib.

K. Zeynallının vəkili Ələkbər Qarayev saytımıza açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib: “Həmin tarixdə Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra Kamil Azərbaycan Ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub, oradan video çəkərək paylaşıb. Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, Kamil Zeynallının olduğu yerlər guya Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər.

Beləliklə, Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. Bunlar Ermənistanın göndərdiyi sorğunun materialları arasında var idi və bir vəkil kimi həmin sənədlərlə tanış oldum. Bundan başqa ermənilərin həmin vaxt Kamili axtarışa verərkən heç ağıllarına gəlməzdi ki, vaxt gələcək Azərbaycan öz ərazilərində suverenliyini tam təmin edəcək, o vaxtdan belə bir sorğu göndəriblər”.

Ə.Qarayev əlavə edib ki, Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək: “Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər. Bir məqamı da vurğulayım ki, dünən Kamildən ifadə götürüləndə orada sual verdilər ki, sən Ermənistan ərazisində olmusanmı? Kamil də birmənalı şəkildə cavab verdi ki, heç bir zaman Ermənistan Respublikası ərazisində olmamışam, bu məqam da həlledici rol oynadı”.

Qeyd edək ki, dünən Moskvada hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı 7-8 saat sonra sərbəst buraxılıb və Bakıya qayıdıb. Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi