xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Əməkdar artist Azərpaşa Nemətovu BİABIR ETDİ — Üzvü olduğu təşkilatın tədbirinə BURAXILMADI

23-10-2019, 10:09 49 dəfə baxılıb

Əməkdar artist Azərpaşa Nemətovu BİABIR ETDİ — Üzvü olduğu təşkilatın tədbirinə BURAXILMADI

Əməkdar artist Elnur Kərimov Teatr Xadimləri İttifaqının fəaliyyətini sərt şəkildə tənqid edib.
O bu barədə sosial şəbəkə hesabında post paylaşıb. Paylaşımına “Teatr Xadimləri İttifaqının hörmətsizliyi və ünsürləri” başlığı qoyan aktyor, sədr Azərpaşa Nemətov haqqında sərt fikirlər səsləndirib.

“Dövlət başçısının gənclər siyasətinə verdiyi dəyəri və 1 mart 2019-cu il incəsənət xadimləri ilə görüşdəki fikirlərini nəzərə alaraq, gənc kadrlara dəstəyi xatırladaraq yazıram:

22 Oktyabr, saat 10:30-da Teatr Xadimləri İttifaqının konfransı keçiriləcəkdi. Gənc Tamaşaçılar Teatrının nümayəndəsi olaraq Teatr Xadimləri İttifaqına və teatrımızın truppa müdiri Ələsgər Muradxanlıya burada iştirak etmək istədiyimi bildirdim. Cavab müsbət oldu və Teatr Xadimləri İttifaqına bildirilməsini istədim. Tədbir günü təyin olunmuş saatda məkana yaxınlaşanda, “Siz burada iştirak edə bilməzsiniz” cavabını eşitdim. “Niyə?” deyə, soruşanda isə adımın siyahıda olmadığı bildirildi.

Axı mən neçə illərdir Teatr Xadimləri İttifaqının üzvüyəm, Əməkdar artistəm. Dəqiqləşdirmələrini istədim, yuxarıya qalxıb, qayıtdılar ki, icazə verilmədi.

2014-cü ildə Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyi ilə bağlı müraciət etmişdim. Azərbaycan Teatrını uçuruma aparan ən əsas səbəbin Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov olduğunu dəfələrlə bildirmişəm. Katib Rafiq Əliyevlə görüşümüz də baş tutub, amma fəaliyətsizlik davam edir.

Əgər mənim konfransda iştirak etmək hüququm yoxdursa, niyə hər dəfə Teatr Xadimləri İttifaqında yaradıcılıq gecələri keçiriləndə dəvətnamə göndərirsiniz? Bizim nümayəndə belə mənim iştirakımla bağlı sizə müraciət edib.
Ən əsası Teatr Xadimləri İttifaqının konfransında qapıcı kimi fəaliyyət göstərən üzvləri və Akademik Milli Dram Teatrının bəzi nümayəndələrinə sözüm budur ki, sizin hörmətsizliyiniz mənə daha çox təsir etdi. Mənə şəxsən hörmətsizlik etmək sizin başınız üçün olmasa da, aktyor və Əməkdar artistə münasibətiniz bəlli oldu.

Sizdən ağıllı və şərəfli biriyəm. Azərbaycan Teatrının düşdüyü vəziyyət məni narahat edir. Çünki 20 ildir Gənc Tamaşaçılar Teatrının aktyoruyam və bunu yaxşı bilirsiniz. Teatrımızı uçuruma apardığınız yol da bəllidir. Bizim teatrın fəaliyyətinə kölgə salan səbəblər şəxsi maraqlar olub. Bunun günahkarı aktyor yox, başqa insanlardır. Özünüz öz aranızda həll edə bilərsiniz. Məsələn, Azərpaşa Nemətov baş rejissor işləyib və sonra qovulub. Rafiq Əliyev yaşı ilə əlaqədar işdən çıxarılıb. Bunun günahkarı Elnur Kərimov və digər aktyorlar deyil.

İllərdir Teatr Xadimləri İttifaqı ilə tək mübarizə aparırdım. Bu yaxınlarda “Elnur Kərimovu yığışdırın, sizə mükafat verək” sözünü deməyiniz də yerinə düşüb. Bu gündən Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina edirəm. Azərpaşa Nemətov və ətrafındakı ünsürlər oradan uzaqlaşmayınca, aktyora münasibət belə olacaqsa, həmin ittifaqı tanımıram.

Mübarizəm Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovladır, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovla yox. Günah mənim deyil ki, adıçəkilən hər iki yerə bir adam rəhbərlik edir.

Konfrans və səsvermədəki nəticə mənə qaranlıq qalacaq. Azərbaycan teatrı tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz dəstək bir müddət sonra özünü göstərəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi