xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi

23-04-2019, 20:00 250 dəfə baxılıb

Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi



Bakıda tanınmış bəstəkar Süleyman Ələsgərovun adının veriləcəyi küçə müəyyənləşib.

BEST.AZ milli.az-a istinadən xəbər verir ki, bu barədə azvision.az-a bəstəkarın nəvəsi, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

O bildirib ki, Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir: "Bu gün əmr imzalandı və babamın adına küçə verildi. Bir müddət idi ki, İcra Hakimiyyəti ilə Süleyman Ələsgərovun ailəsi arasında müzakirələr gedirdi. Bu, bir-iki günün söhbəti deyildi. Nəhayət, bu gün əmr imzalandı və Süleyman Ələsgərovun adına küçə verildi".

Qeyd edək ki, Əməkdar artist Tahir İmanov bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə babası Süleyman Ələsgərovun adına küçə verilməsi təklifi ilə çıxış edib. Ölkə başçısı onun təklifinə müsbət cavab verərək Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi