Elə sənət adamları var ki, yazıqlığı uğurlu addım hesab edirlər. İnsanlar var ki, illərlə camaatın hissiyatı ilə oynayıb, saymazlıq edib, bir dəfə çıxır ağlayır, hər şey bitir. Millətimiz rəhmlidir. Əvvəllər bir müğənni haqda qara piar edirlər, 1-2 ay sonra unudulur.
Axşam.az bildirir ki,bu sözləri “5/5” proqramında qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu deyib.
O, dəfələrlə şantaj edildiyini bildirib:
“Məni çox şantaj ediblər. Axırıncı dəfə 300 min pul istəmişdilər. Dedim ki, nəyim varsa, ortaya qoy. Onu tamaşaçı bilməməlidir. Əllərində hər şey ola bilər. Qorxmadım. Bilmirəm axı nəyi nəzərdə tutur. Dediyim kimi, elə şeylər var ki, 1 həftə, 10 gün danışılacaq. Elə müğənnilər var ki, nələri çıxdı, indi heç kimin yadında deyil. Əksinə, onları toylara çox çağırırlar. Belə şeylər həyatımızda çoxdur. İnsanlara bunu göstərmirik. Amma elələri var ki, bunu imic olaraq istifadə edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.