xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

"Samirəni efirdə rəzil etmək yaxşı deyildi" - Kübra Əliyeva

9-03-2021, 10:42 67 dəfə baxılıb

"Samirəni efirdə rəzil etmək yaxşı deyildi" - Kübra Əliyeva


"Şəfiqə xanıma hörmət edirəm, amma inciməsin. Samirənin də özünə görə adı-sanı var. Onu əvvəldən tanıyıram, mərd xanımdır. Onu efirdə rəzil etmək yaxşı deyildi, böyük kimi o, sözləri kənarda deyərdi".
Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa vəkil Şəfiqə Nağıyevanın efirdə meyxanaçı Samirə Yusifqızını geyiminə görə təhqir etməsini qınayıb. O bildirib ki, vəkil efirdə ifaçını təhqir edib.

Ş.Nağıyeva isə "Samirəni çox istəyirdim, ona efirdə ağlayan mən oldum. Efirdə ona kömək istəyə bilərəm, amma bunu deyə bilmərəm? Samirə gərək o hərəkəti etməzdi. O, uşaq, ana saxlayır. Xoşunuza gəlirsə, Kübra xanım, siz də elə geyinin gəlin" sözlərini deyib.

K.Əliyeva vəkilə "Bura 10 milyon insan, dünya baxır. Öz insanımızı, qadınımızı təhqir etdiniz. Siz onu təhqir etdiniz. Burada deyilməsinin əleyhinəyəm. Ona anası, övladı baxırdı. Elə irad demək olmazdı" cavabını verib.axşam.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi