xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Şamil Qasımov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

4-12-2019, 10:00 457 dəfə baxılıb

Şamil Qasımov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.

Hər il olduğu kimi Sabirabad bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və bələdiyyənin 2019-cu il İş planına uyğun həyata keçirmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Sabirabad sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.

Sabirabad bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad bələdiyyəsinin sədri Şamil Qasımovdur.

Qasımov Şamil Murtuza oğlu 11 iyun 1943 Sabirabad rayon Cavad kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1959-1962-ci illərdə Şamaxı rayon Kənd təsərüfatı texnikumunu, 1969-1974-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitununu əmtəşünas ixtisası üzrə bitirib.

1974 -1989-cu illər ərzində rayon İstehlak cəmiyyətində əmtəşünas, sədr müavini, şəhər istehlak cəmiyyətinin sədri və rayon istelak cəmiyyətinin sədri vəzifələrində çalışıb.

2002-2009-cu illərdə “Evropan Tobako” Bakı ASC-nin Sabirabad bölgəsi üzrə maddi məhsul şəxs vəzifəsində işləyib.

2009-2014 cü illərdə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü seçilib.

2010 və 2015 cii lidə ilk bələdiyyə iclasında yekdilliklə Sabirabad bələdiyyəsinin sədri vəzifəsinə seçilib.


Sabirabad bələdiyyəsinin sədri Şamil Qasımov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şamil Qasımov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şamil Qasımov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Şamil Qasımovdan danışdılar yaxşı ki, Şamil Qasımov Sabirabad bələdiyyəsinin sədri təyin olunub… Şamil Qasımov öz isguzarlığı ilə tanınır və seçilir….

Şamil Qasımov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Şamil Qasımovu heç vaxt əqidəsindən döndərə bilməz.

Şamil Qasımov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Şamil Qasımov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Şamil Qasımov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Şamil Qasımovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Şamil Qasımov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şamil Qasımov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Şamil Qasımov özünü doğruldub. Bizdə hörmətli Şamil Qasımovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi