xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:16 – Prezident Kobaxidzeyə zəng etdi 
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 

Fars-molla rejimi Güneydəki soydaşlarımıza sahib çıxmırsa... - AÇIQLAMA

6-06-2023, 14:22 18 dəfə baxılıb

Fars-molla rejimi Güneydəki soydaşlarımıza sahib çıxmırsa... - AÇIQLAMA


Germi və Biləsuvarda (Güney Azərbaycanda) sel fəlakəti nəticəsində problemlərlə qarşılaşan yerli əhali olduqca çətinlik çəkir. Bölgədə içməli su, ərzaq qıtlığı yaranıb. Fars-molla rejimi isə əlacsız qalan azərbaycanlıları görməzdən gəlir.

Bu sözləri Axar.az-a milli fəal Qədir Cəliloğlu seldən sonra insanların yaşadığı çətinlikdən danışarkən deyib.

Onun sözlərinə görə, hökumətdən yardım almayan sakinlər millətin başladığı yardım kampaniyası ilə ayağa qalxmağa çalışır:

“İran rejimi sel və daşqınlardan sonra əlacsız qalan insanlardan nəinki yardımını əsirgəyir, bəzən xalq tərəfindən toplanan yardımların ehtiyac sahiblərinə yetişməsini əngəlləyir. Bütün sıxıntılara rəğmən, Azərbaycan xalqı birlik nümayiş etdirir, əhaliyə su və ərzaq çatdırmağa çalışır. Bu məqsədlə Vədud Əsədi, Məhəmməd Eyni, Rza Nasiri, “Traktor” fanatları, milli fəallar yardım kampaniyalarını davam etdirirlər. Milli fəallar Güney Azərbaycanda seldən əziyyət çəkən insanlarımıza kömək üçün “Vətən adına birlik yaraşar” kampaniyası başladıblar. Bu kampaniyaya qoşulmaq istəyənlər Germi Gaz qovşağı, Yunis Tağızadə garajına gələ bilərlər”.

Fars-molla rejimindən cana doyan əhalinin yeganə çıxış yolu kimi Azərbaycan dövlətini gördüyünü deyən milli fəal yerli sakinlərin bununla bağlı sosial şəbəkələrdə paylaşımlar etdiyini də diqqətə çatdırıb:

“Güney Azərbaycan milləti illər boyu şah və şeyx hökumətindən zülüm və işgəncə görüb. Xalqımız Bütöv Azərbaycan uğrunda birgə və vahid mübarizə apararaq bu zülmdən qurtarmaq istəyir. Vətən uğrunda can verib, bu əsarətə son qoymaq lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi