xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

DYP-dən sürücülərə bəzi küçələrlə bağlı MÜRACİƏT

1-03-2023, 12:10 24 dəfə baxılıb

DYP-dən sürücülərə bəzi küçələrlə bağlı MÜRACİƏT


Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il tarixdə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək:

“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini, əsasən, ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axınının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə, Lökbatan dairəsindən Kənar Dairəvi Yolla hərəkətə üstünlük verməyi, əsasən, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermontov küçələri, Parlament prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov küçələri istiqamətində nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi