xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Samir Rzayev: Yeni tarix Zəfərimiz üzərində qurulur

4-11-2022, 11:27 68 dəfə baxılıb

Samir Rzayev: Yeni tarix Zəfərimiz üzərində qurulur


Salyan rayon Maliyyə İdarəsinin müdiri Samir Rzayev - Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət olunması və çıxış etməsinə imkan yaradılması ölkəmizin başçısına olan böyük ehtiram, böyük hörmət və Azərbaycana olan dost münasibətin göstəricisidir. Əlcəzair XDR-nın müstəqilliyə gedən yolu ağır və keçməkeçli olmuşdur. Uzun illər Fransanın müstəmləkəsində olan əlcəzairlərin müstəqilliyə qovuşması milyonlarla şəhid qanı hesabına başa gəlmişdir. Fransa ancaq 1958-1962-cü illərdə 1,5 milyon əlcəzairlini vəhşicəsinə qətlə yetirmiş və təəssüf ki, törətdikləri qətliamlara görə beynəlxalq səviyyədə hələ də cinayət məsuliyyətinə cəlb olunmamışdır. O cümlədən Azərbaycan da müstəqilliyin ilk illərində soyqırımlara məruz qalmış və torpaqları işğal altına düşmüşdür. Bu gün isə Azərbaycan öz gücü və qüdrəti hesabına ərazi bütövlüyünü təmin etmiş, amma ermənilər hələ də törətdiyi cinayətlərinə görə məsuliyyətə cəlb olunmamışdır. Belə ki, Fransızlar və ermənilər soyqırımlar törətməsinə görə qardaşdırlar və ona görə də Emanuel Makron ermənilərə dayaq dayanır. Tarix isə göstərmişdir ki, gec-tez ədalət qalib gəlir və əli qanı batmışlar nə vaxtsa törətdikləri cinayətlərinə görə beynəlxalq ittiham kürsüsünə çıxarılacaq və məsuliyyətə cəlb olunacaqlar.

Azərbaycan iki il əvvəl yeni tarix yazmış və bu yeni tarix Zəfərimiz üzərində qurulmuşdur. Zəfərimizlə müharibənin başa çatmasından sonra ermənilərin dağıtıdıqları ərazilərin bərpası istiqamətdə gördüyümüz işlər dünya birliyi tərəfindən izlənilir və təqdir olunur. Prezident İlaham Əliyev Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına qalib lider kimi qatıldı və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Böyük qayıdışı həyata keçirməyimizlə bağlı geniş çıxışı tədbir iştirakçıları tərəfindən çox maraqla dinlənildi. Həm də ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə 2023-cü ilə qədər Qoşulmama hərəkatına sədrilik edir. Ölkəmizin sədriliyi dövründə Qoşulmama Hərəkatının həyatında yeni bir mərhələ açılmışdır. Bu yeni mərhələ dünyanı narahat edən qlobal problemlərin həlli bağlı Qoşulmama Hərəkatının təşəbbüslərin artması və bu hərəkatın təsisatlanması ilə bağlıdır. Artıq Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmmama Hərəkatının Parlament Şəbəkəsi yaradılmış, Gənclər Şəbəkəsinin yaradılması istiqamətində də fəal işlər davam etdirilməkdədir. Qeyd etmək istəyirəm ki, Azərbaycan hansı beynəlxalq təşkilatda təmsil olunarsa, o təşkilatın fəaliyyəti aktivləşir və daha məsuliyyətli qərarlar qəbul olunur. O cümlədən Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında dövlət başçımızın iştirakı həm də bu təşkilatın fəaliyyətinə də müsbət töhfəsi olacaqdır. Bu gün dövlət başçımız dünya səviyyəli Lider statusunu qazanmış və Azərbaycanı dünyada məsuliyyətli və ədalətli ölkə kimi tanıtmışdır.

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşlərin nəticələri bir daha sübut edir ki, Azərbaycan milli maraqları Prezident İlham Əliyev üçün hər bir məsələdən öndədir. Ölkə başçısı Rusiya Prezidenti ilə görüş zamanı bildirdi ki, artıq Qarabağ münaqişəsi iki il bundan öncə başa çatıb və qarışda dayanan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün praktiki addımların atılmasıdır. Bu məsələdə isə Rusiyanın vasitəçiliyi, eləcə də keçirilən ikitərəfli görüşlər dinamikliyi kifayət qədər artırır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün ölkəmizin 5 prinsip irəli sürdüyünü diqqətə çatdıran Prezident cənab İlham Əliyev bu prinsiplərin beynəlxalq hüquqa əsaslandığını vurğuladı. Məhz bu prinsilər əsasında münasibətlərin normallaşdırlmasına nail olmaq mümkündür.

Soçidə keçirilmiş üçtərəfli görüşün sonunda imzalanmış Bəyanatın mətni ilə tanış olduqda da görünür ki, bu görüş də məhz Azərbaycanın diplomatik üstünlüyü şəraitində baş tutub. Ümumiyyətlə, Bəyanatda Qarabağ ifadəsi işlədilmir. Bu isə öz növbəsində bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanın daxili işidir”, fikirləri rəsmi sənədlərdə də öz əksini tapır. Əsas istiqamət Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasına nail ola bilməkdir. Azərbaycan 30 il işğaldan əziyyət çəkməsinə rəğmən hər zaman sülh tərəfdarı olub və ölkəmiz bu gün də bu prinsipi əsas tutur. Ümumiyyətlə, ölkəmiz Cənubi Qafqaz regionunda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında yer alan əsas müddəalardan olan beynəlxalq hüquq və normalara sadiqlik prinsipləri də elə məhz Azərbaycanın əsas istəyidir. Bu prinsiplər bir daha təsdiq edir ki, bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edilməklə həll olunmalıdır. Bir sözlə, Cənubi Qafqaz regionunda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq yarada bilmək üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan qalib ölkə olaraq hərbi əməliyyatlar bitdikdən dərhal bu təşəbbüslə çıxış etmiş, hətta lazımi əməli addımlar da atmış, lakin Ermənistan heç də sülhdə maraqlı olmadığını dəfələrlə nümayiş etdirmişdir. Təbii ki, imzalanmış Soçi Bəyanatı bu istiqamətdə ciddi nəticələrə nail ola bilmək üçün əsas rolunu oynayacaq. Eyni zamanda, Rusiya da proseslərin inkişafına öz töhfəsini verəcəkdir. Belə ki, Bəyanata da əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi qeyd olunur. Bir sözlə, Soçi görüşlərindən də bəlli oldu ki, proseslər ölkəmizin xeyrinə cərəyan edir və Azərbaycanın diplomatik üstünlüyü birmənalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi