xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Təşkilatçı rəhbər, gözəl insan və əsl Vətən daşı...Atamoğlan Babayev

3-06-2022, 01:53 182 dəfə baxılıb

Təşkilatçı rəhbər, gözəl insan və əsl Vətən daşı...Atamoğlan Babayev


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Atamoğlan müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayev - 44 günlük Vətən müharibəsi otuzillik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücünü, həm xalqımızın milli birliyini, həm də mənəvi keyfiyyətlərini göstərdi. Azərbaycan əsgəri ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmadı, şəhər və kəndləri dağıtmadı. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ərəfəsində işğaldan azad edilmiş ərazilərimizə gerçəkləşən səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, Zəngilan Beynəlxalq Hava Limanında, “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub, həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda bütün infrastrukturu dağıtdı, yeraltı və yerüstü sərvətləri taladı, maddi mədəniyyət nümunələrini yox etdi. Ermənilər ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd ediblər. Bu gün ölkə Başçısının qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyir. Dövlətimizin başçısı Ağalı kəndinin sakinləri ilə görüşündə vurğuladı ki, “iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad olunmuş bütün əraziləri o qədər tez bərpa edəcəyik. Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq qədərdir, bir Livana bərabərdir. Yəni, təsəvvür edin, nə qədər böyük işlər nəzərdə tutulur.” Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. Bütün maliyyə və texniki imkanlar, kadr potensialı layihələrin icra olunması üçün peşəkar şəkildə səfərbər olunub.

Böyük Qayıdış üçün bütün mövcud potensiallar səfərbər olunub. Nəqliyyat sisteminin inkişafı Zəngilanı Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri baxımından vacib bir məntəqəyə çevirməklə bərabər, rayonun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək. Nəqliyyat infrastrukturu Zəngilanın və ümumən Şərqi Zəngəzurun zəngin təbii resurslarının turizm potensialını reallaşdırmaq prosesini sürətləndirəcək. Ağalı kəndi “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.Zəngilanın, eləcə də digər ərazilərimizin bu gün necə sürətlə dirçəldiyinin şahidi oluruq. Zəngilanın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin – keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlər sürətlə inşa edilir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur” Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsi olacaq. Ümumilikdə, Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi