xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Seymur Seyidov: Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi

13-01-2022, 12:30 187 dəfə baxılıb

Seymur Seyidov: Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi


Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvlərinin məşğulluğuna dəstək göstərilir

Seymur Seyidov: Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi


Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış vətənpərvər oğulların ailə üzvlərinin, həmçinin döyüşlərdə iştirak etmiş şəxslərin məşğulluğunun təmin edilməsinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də töhfələrini verməkdədir.

Ailə üzvü şəhid olmuş, eləcə də Vətən müharibəsində iştirak etmiş 50 nəfər 2021-ci ildə “Azərsu” ASC-yə işə qəbul olunub. İşə qəbul olunanlardan 3 nəfəri şəhid ailəsinin üzvü, 47 nəfəri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İşlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

Hazırda “Azərsu” ASC-də müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı Birinci Qarabağ, 309-u Vətən müharibələrinin, 1 əməkdaş isə 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır.

Seymur Seyidov: Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi


Qeyd edək ki, “Azərsu” ASC-nin 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Eyni zamanda “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.

Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması da “Azərsu” ASC tərəfindən daim diqqətdə saxlanılır. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailə içməli su ilə təmin edilib.

*****

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir.

Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmaların 2022-ci ildə reallaşacağına ciddi əsaslar var

“Tarixi Zəfərimiz Azərbaycanın qarşısında bütün sahələr üzrə geniş imkanlar açdı. Amma nəzərə alsaq ki, 30 il işğal dövründə haqlı tərəf olsaq da dünyanın ikili standartlara əsaslanan siyasətinə əsasən ölkəmizə qarşı bəzi dövlətlər tərəfindən qərəzli münasibətlər mövcud idi, bu halda son bir ildən artıq dövr ərzində bu yanaşmalarda nə kimi dəyişikliklərin baş verdiyi daha çox diqqət çəkir. Reallıq budur ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə ilk növbədə dünyaya bu çağırışı etdi ki, bütün münaqişəli məsələlərin həllinin əsasında ədalət və hüquq amilləri dayanmalıdır. Amma illərdir bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin meydana çıxmasına, dünyada bir etimadsızlıq mühitinin yaranmasına səbəb olub. Çünki BMT qətnamələri dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd olunduğu kimi, bəzi hallarda 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il gözlədik. Amma Azərbaycan bu illər ərzində sadəcə gözləmədi. Həm iqtisadi qüdrətini artırdı, həm ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına, həqiqətlərimizin təbliğinə nail oldu, həm də münaqişənin həlli üçün möhkəm hüquqi bazanın formalaşmasını təmin etdi. Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü Ermənistanın və ona havadarlıq edən dövlətlərin 30 ilə yaxın dövrdə hazırladıqları planları, xəyalları alt-üst etdi. Yeni reallıqlar fonunda regionun və dünyanın mənzərəsi dəyişdi”.

Bu fikirləri “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib.

Azərbaycan bütün dövrlərdə dünyaya birlik, həmrəylik çağırışlarını edib: “Bircə faktı qeyd etmək istərdik ki, 2021-ci ilin mayında Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçiriləndə açılış günü ölkəmizdə dostluq, qardaşlıq mühitində yaşayan xalqların, millətlərin musiqi yaradıcılığı dünyaya nümayiş olundu. Bu, Azərbaycanın tolerantlığının, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təqdimatı idi. Bu məqamı da qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Dövlətlər Təşkilatı) sədrlik müddəti başa çatdı və təşkilata sədrlik dost, qardaş Türkiyəyə təhvil verildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi, möhkəmlənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Dövlət başçısı daim bütün türk dünyasını birliyə, həmrəyliyə səsləyərək bu çağırışı da edirdi ki, bir dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı, onun həlli istiqamətində əməli fəaliyyət göstərilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının fonunda bütün türk dünyasının həmrəyliyinin şahidi oldu. Türk Dövlətləri Təşkilatının istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana dəstəyi, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirmələri də bu birlikdən qaynaqlanır”.

“Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir. Hələ Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, ölkəmizin bu gününə və gələcəyinə inamı aydın ifadəsi idi. 155 ölkənin dəstəyini qazanmaq böyük uğurdur. Tarixi Zəfərimiz bu inam və etimadın artmasında xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri bunu bir daha təsdiqlədi. Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti də bu kimi məqamların təqdimatında mühüm rol oynadı. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, NATO ilə əlaqələri yüksələn xətlə inkişaf edir. 2018-ci ildə ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” münasibətlərin hazırkı və gələcək inkişafına işıq salır. Bu məqamı da qeyd edək ki, NATO-nun son Zirvə görüşlərində, sammitlərində Azərbaycanın ədalətli mövqeyinə dəstək özünü qabarıq şəkildə büruzə verirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi və rolu NATO-Azərbaycan münasibətlərinin inkişafında da özünü təsdiqləyir. Hər iki qurum- Avropa İttifaqı və NATO regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün təşkil olunması da bunun bariz nümunəsidir”.

Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda öz mövqeyini daha da gücləndirməklə postmünaqişə dövrünün reallıqlarının bütün dünya tərəfindən qəbuluna nail olur: “Bütün dövrlər üçün aktuallığını itirməyən və dünyanın beynəlxalq münasibətlərdə qəbul etdiyi güc və hüquq amilləri 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Baxmayaraq ki, dünyanın bəzi dövlətləri beynəlxalq hüququn deyil, daha çox güc amilinin işlək mexanizmə çevrilməsində maraqlı idi. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan belə bir yanaşmaların hökm sürdüyü illərdə belə öz mövqeyindən bir addım da belə geri çəkilmədi, əksinə daha da gücləndi, BMT qətnamələrini təkbaşına icra etdi və sahibi olduğu torpaqları geri aldı. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən qonşu dövlətlərlə əlaqələrə diqqəti yönəldərkən bu fikri xüsusi qeyd etmişdir ki, qonşular haqqında danışanda Ermənistanı heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etməyib. Bu gün də daxil etmir. Amma bu inamı ifadə edir ki, nə vaxtsa Ermənistanla qonşuluq əlaqələrimiz qurulacaq. İkinci Qarabağ münaqişəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Ölkə Prezidenti bu əminliyi də ifadə edir ki, Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq”.

2021-ci ilin uğurlu nəticələri və 2022-ci ilin hədəfləri bu ilin də tarixə mühüm hadisələrlə zəngin il kimi yazılacağına böyük əminlik yaradır. “Şuşa İli” həm Böyük Qayıdışın başlanmasıdır, həm də dünyaya Azərbaycan xalqının öz torpaqlarının sahibi olduğunun təsdiqidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi