Elburus Məmmədov: 44 günlük müharibədə Azərbaycan mediası qalib ölkənin mediasına çevrildi
15-12-2021, 13:12
532 dəfə baxılıb
Sabirabad pambıq zavod təminatı idarəsinin müdiri Elburus Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elburus Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad pambıq zavod təminatı idarəsinin müdiri Elburus Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sabirabad pambıq zavod təminatı idarəsinin müdiri Elburus Məmmədov - Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq.
“Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.
Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.
Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi azad olunmuş torpaqlarda üçrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!“
İlk Azərbaycan mediasının tarixi 1875 ci ildə "Əkinçi" qəzetinin nəşri ilə başlayır. Azərbaycan xalqı zaman-zaman öz mətbuatının inkişaf və fəaliyyətinə önəm verib. Ümumiyyətlə ölkədə medianın fəaliyyəti çox vacibdir. Biz onların məlumatları ilə ölkədə baş vermiş hadisələrdən xəbərdar oluruq. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Media nümayəndələri cəbhə bölgəsinə yollanır və oradan canlı olaraq xalqa məlumat verirdilər. Ümumən Vətən müharibəsi zamanı informasiyanın cəmiyyətə çatdırılması ilə bağlı bir sıra diqqət çəkən məqamlar var idi. Əvvəla nəzərə alinmalıdır ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə olan ruh yüksəkliyi ayrı-ayrı KİV-in də fəaliyyət ovqatına təsirsiz ötüşmədi.
Azərbaycan jurnalistikasının ötən əsrin 90-cı illərində xüsusəndə Birinci Qarabağ müharibəsi dönəmində mövcud istiqamətdə təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşakar operatorlar və reportyorlar olub. Bunlardan Çingiz Mustafayevin, Salatın Əsgərovanın, Alı Mustafayevin və s. adlarını çəkə bilərik. Yada salaq ki, müharibə başa çatıb atəşkəs elan olunduqdan sonra Ümumimilli lider Heydər Əliyev həmin jurnalistlərin bir qrupu ilə görüş keçirmiş, onların əməyini yüksək qiymətləndirmişdi. 44 günlük müharibədə Azərbaycan xalqı qalib gəldi. Azərbaycan mediası qalib ölkənin mediasına çevrildi. Müharibə dövründə biz xaricin Azərbaycan mediasına daha çox istinad etdiyini gördük. Xaricdəkilərin Ermənistan mediasına olduğu kimi Azərbaycan mediasına nəzər salması da təbii idi. Ümumən ölkəmizin KIV-i mövzuya yanaşmada xeyli dərəcədə ciddi oldular. Xaricdən bütün bunları görüb və dəyərləndirirdilər. Nəticədə müharibə dövründəki fəaliyyət Azərbaycan jurnalistikasına bəlli imic, müsbət reputasiya qazandırdı. Prezindent müsahibə və çıxışlarında bir növ tezislər verdi. Təbii ki, bu amil media orqanlarının fəaliyyətinədə müsbət təsirini göstərdi.
Azərbaycan rəhbərliyi daima media işçilərini diqqət mərkəzində saxlayıb və onların xeyrinə bir çox qərarlar verib.
12 yanvar 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun varisi kimi yaradılmışdır.
Azərbaycan rəhbərliyi daima media işçilərini diqqət mərkəzində saxlayıb və onların xeyrinə bir çox qərarlar verib.
12 yanvar 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun varisi kimi yaradılmışdır.Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR