xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ona etibar edilən bütün işlərdə Etibar Abdullayev özünü doğruldub

12-08-2021, 12:38 178 dəfə baxılıb

Ona etibar edilən bütün işlərdə Etibar Abdullayev özünü doğruldub


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı Etibar Abdullayevdir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı Etibar Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Etibar Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Etibar Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Etibar Abdullayevdən danışdılar yaxşı ki, Etibar Abdullayev Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarıdır…Etibar Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Etibar Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Etibar Abdullayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Etibar Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Etibar Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Etibar Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Etibar Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Etibar Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Etibar Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Etibar Abdullayev özünü doğruldub. Bizdə hörmətli Etibar Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı Etibar Abdullayev - 44 günlük müharibə zamanı dünyanın haqqsevən, ədalətli qüvvələri Azərbaycan xalqının yanında oldular və onun haqq səsini müdafiə etdilər. Azərbaycan - Ermənistan münaqişəsi sona çatdı. XXI əsrdə dünyada ilk olaraq Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi. 28 ildən sonra xalqımız son sözünü döyüş meydanında qürurla dedi. Rəhbər-xalq birliyi, xalqın dövlətinə güvəni tarixi qələbəni günbəgün yaxınlaşdırdı. Qüdrətli Şanlı Ordumuz bu birlikdən güc alaraq düşmənə sarsıdıcı zərbələr vuraraq düşmənin “basılmaz” imicini darmadağın etdi.

Düşünürəm ki, ermənilər Qarabağda aldığı cavabı heç vaxt unutmayacaqlar. Etibarsız, nanəcib, nankor, qorxaq ermənilər başqasının torpağını zəbt etməyin cəzasını çəkməli idilər. Şanlı ordumuzun döyüş meydanında göstərdiyi şücaət, Ali Baş Komandanın siyasi arenada apardığı uzaqgörən siyasət və eləcə də xalqımızın Vətənə, torpağa qarşı sonsuz sevgisi bizi qalib etdi. Və o ərəfədə dünyanın gözü Azərbaycana zilləndi. Dünya bir xalqın 28 ildən sonra Vətən deyib canını fəda edən xalqı və onun mübariz, qorxmaz, igid, hazırcavab, mətin və məqsədli liderini –İlham Əliyevi bir daha tanıdı. “Qarabağ Azərbaycandır” şüarı Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi.

44 günlük müharibə zamanı dünyanın haqqsevən, ədalətli qüvvələri Azərbaycan xalqının yanında oldular və onun haqq səsini müdafiə etdilər. Türkiyə, Rusiya, Pakistan, Ukrayna, Gürcüstan və yüzlərlə digər ölkələr Azərbaycanın haqlı olduğunu rəsmi elan etdilər. “Haqq nazilər, amma üzülməz” fikri bir daha öz doğruluğunu sübut etdi.

Cənab İlham Əliyevin istər ordumuzun zəfər yürüşünü davam etdirməsi istiqamətində göstərdiyi səylər, istərsə də Vətən müharibəsinin getdiyi 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz. Cənab İlham Əliyev Qarabağın ürəyi olan şuşamızın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində zəfər yürüşünün davam etdiyini bildirdi. Müzəffər Ali Baş Komandan noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin, 8 strateji yüksəkliyin işğaldan azad olunması sevincini paylaşdı. Bütün bu uğurlarımız işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Bu gün artıq erməni politoloqları, siyasətçiləri də etiraf edirlər ki, imzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir.

Bu gün Qarabağda quruculuq işləri sürətlə davam edir. Azərbaycan xalqı prezidentinə arxalanaraq sabahına iri addımlarla irəliləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi