xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şərəfli vəzifəyə yiyələnən Niyazi Nəcəfov bu işin müqəddəsliyini qoruyub saxlayır

13-04-2021, 10:30 238 dəfə baxılıb

Şərəfli vəzifəyə yiyələnən Niyazi Nəcəfov bu işin müqəddəsliyini qoruyub saxlayır


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfovdur.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Niyazi Nəcəfov bu işin müqəddəsliyini qoruyub saxlayır. Niyazi Nəcəfov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov - Qoca şərqin fenomenal siyasətçisi Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə odlar yurdumuzda yeni eranın başlanğıcı qoyuldu. Nə qədər Azərbaycan var,vətənimiz var, bu möhtəşəm era sonsuzluğadək davam edecək. Bu, siyasətdə, iqtisadiyyatda, xalq təsərrüfatının bütün sahələrində,hərbdə bir dinamik, sürətli inkişaf erasıdır. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və uzaqgörən dövlət xadimi idi. Ulu öndər qeyd edirdi ki,``Biz nazik sapın üstü ilə gedirik. Odur ki, gərək bu siyasəti o qədər ağılla edek ki, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri qorunsun`. Birinci Qarabağ savaşında atəşkəsin elan olunması, əsrin kontraktının bağlanması kimi Azərbaycanımız üçün taleyüklü tarixi qərarların baş memarı məhz Ulu öndərimizdir. Heydər Əliyevin 90-cı illərin əvvəllərində əkdiyi dirçəliş ağacının bəhrəsini bu gün on milyonluq xalqımız dadmaqdadır. Ulu öndərimizin Azərbaycan dövləti və xalqı qarşısındakı taleyüklü xidmətlərindən biri də özündən sonra cümhuriyyətimiz, xalqımız üçün layiqli davamçısını yetişdirib hazırlaması idi.Ümumilli liderimizin siyasi varisi möhtərəm,cənab Prezident İlham Əliyev tarixi reallıqları siyasi məntiqə üzvi surətdə bağlamağı bacaran idarəçidir.
Dövlətimizin rəhbərliyi münaqişənin həlli istiqamətində öz mövqeyini 2016-cı il zəfər qələbəli aprel döyüşlərindən sonra bir daha bildirmişdi.``Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun``Bu bəyanat Azərbaycanın bəşəri dövlət olduğunun təsdiqi idi. 2016-cı ilin aprel döyüşləri Ali Baş Komandanın qətiyyətini, Azərbaycan ordusunun döyüş hazırlığının səviyyəsini, şəxsi heyətin mənəvi ruhunu, ordu ilə xalqın birliyini, torpaqlarımızın işğaldan azad etməyə qadir olduğumuzu təsdiqləmişdi. Prezident İlham Əliyevin bu məqamları ümumiləşdirərək demişdi:``Bu,bir daha dövlətimizin, ordumuzun gücünü göstərir...Biz istənilən vaxtda məsləni hərb yolla həll edə bilərik `. Beynəlxalq aləmdə özünü ən praqmatik ölkə rəhbərlərindən biri kimi təsdiqləmiş prezidentimiz illər ərzində söyləyirdi:``Mən ölkə rəhbəri kimi nəyi,nə zaman edəcəyimi yaxşı bilirəm..``O zaman gəldi...2020-ci il 27 sentyabr...Tarixi səlnamələrə düşəcək bu gün yurdumuz Böyük Vətən Müharibəsi savaşına başladı.44 gün ərzində xalqımız sevimli prezidenti-Cənab İlham Əliyevin simasında başı bəlalar çəkmiş cümhuriyyətimizin cəsur sərkərdəsini- dahi hərbi strateq olaraq Ali Baş Komandanı bir daha tanıdı və öz sərkərdəsinin arxasınca inamla getdi. Bu günlər dövlətimiz, xalqımız üçün bir sınaq günləri idi. Məhz bu günlərdə bizi sevən və eyni zamanda sevməyən qatı düşmən dövlətlər prezident xalq qarşılıqlı inam və sevgisinin bariz nümunəsinin şahidi oldular. 44 günlük Böyük Vətən Müharibəsində Şah İsmayıl Xətai misallı Ali Baş Komandanımız ona inanan cəsur ordumuzla tək ön cəbhədə savaşmırdı, eyni zamanda arxa cəbhədə,siyasi-diplomatik səngərdə eyni cəsarətlə döyüşür və zəfər dolu qalibiyyətlərimiz daha da möhkəmlənirdirirdi. Mavi ekrandan Ali Baş Komandanımızın dilindən şanlı ordumuzun qalibiyyət xəbərlərini eşitdikcə, prezidentimizlə, ordumuzla bir daha fəxr və qürur hissi duyurdum.Ulu öndərimizin illər öncəsi səsləndirdiyi bir şuar məhz bu günlərdə hər kəsin dilindən daha ucadan səslənirdi.
``Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam !`` Bəli...mən də bu gün qürur və fəxarət hissi ilə söyləyirəm.``Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!``
Savaş günlərində dünya tarixində az hallarda görünən Ali Baş Komandan – ordu, ordu-Ali Baş Komandan qarşılıqlı inam, etibarının, bariz nümunəsini gördük. Qələbələrimizin açarı məhz bu sarsılmaz birlikdə idi. XXI əsr türk dünyası tarixinə artıq bir fateh olaraq düşmüş İlham Heydəroğlu ümummilli liderimizin hələ sağlığında xalqa müraciətində söylədiyi:``Mən ona özüm qədər inanıram ``fikrini komandan olaraq bir başa hərb meydanında – savaşda təsdiqləmiş
oldu. Cəsur əsgərlərimizin işğaldan azad etmiş olduqları yurd yerlərimizə sancdıqları bayraqlar mənim üçün tək dövlət atributu deyil, eyni zamanda bir inam bayraqlarıdır. Savaşan döyüşçünün Ali Baş Komandana,xalqına olan rəmzi inam bayraqları Qanla suvarılmış, vətən torpağı: Ali Baş Komandan qətiyyəti, Polad Həşimov kimi generallarımızın dəyanəti, Xudayar kimi qormaz əsgərlərimizin rəşadəti sayəsində azad edildi.Bu gün mənim,mənim kimi yüzlərlə Azərbaycan vətəndaşının qarşısında böyük bir missya dayanır: Ali Baş Komandanın ətrafında yumruq olub torpaqlarımızın bütövlüyü uğrunda əlimizdən gələni əsirgəməməliyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi