xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Rayonlara gedənlərin nəzərinə: "Tədbirlər görüləcək" - VİDEO

16-03-2021, 11:20 35 dəfə baxılıb

Rayonlara gedənlərin nəzərinə: "Tədbirlər görüləcək" - VİDEO


Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. Halbuki bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə ərazisindəki bütün avtovağzallar belə bağlanıb.
Amma paytaxtda avtovağzalın qarşısından demək olar ki, bütün bölgələrə sərnişin daşınır. Bu, həm mikroavtobuslarla, 7-8 nəfər tutumu olan minivenlərlə, həm də 4 nəfərlik minik avtomobilləri ilə həyata keçirilir.

Sürücülər təsdiq edirlər ki, hər gün paytaxtdan bölgələrə, o cümlədən də əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurlar.

Sərnişinlər də şəhərlərarası avtobuslar işləmədiyindən əlacsız qalıb bu tip nəqliyyat vasitələri ilə rayonlara getdiklərini deyirlər. Baxmayaraq ki, balaca bir avtomobildə 7-8 nəfər yaxın təmas şəraitində 4-5 saat yol qət edirlər. Belə olduqda da virusa yoluxma riski daha yüksək olur.

"Ölkə.Az" xəbər verir ki, məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, sürücülərin hansısa icazə əsasında fəaliyyət göstərmələrinə dair dedikləri yalandır və bütün sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir. Amma o deyib ki, belə sürücülər və yaxud da daşıyıcı şirkərtlərlə bağlı hər hansı bir ölçü götürmək mümkün deyil. Bəs bu cür kiçiktutumlu avtobuslarda yoluxma halının qarşısını almaq üçün şəhərlərarası ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilərmi?

Nuridə Allahyarova bildirdi ki, əgər ictimai nəqliyyatın rayonlara gediş-gəlişinə rəsmi qaydada icazə verilsə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı qabaqlayıcı tədbirlər görəcək. (Xezerxeber.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi