xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Sensasion təklif: Karantin ləğv edilsin, kazinolara icazə verilsin – VİDEO

5-05-2020, 10:56 60 dəfə baxılıb

Sensasion təklif: Karantin ləğv edilsin, kazinolara icazə verilsin – VİDEO


Çox şükürlər olsun ki, hökumətin vaxtında qəbul etdiyi etdiyi qərarlar nəticəsində biz bu bəladan az itkilərlə qurtulmaq üzrəyik. Vəziyyətin bizdən çox-çox pis olduğu ölkələrdə artıq karantin rejimi aradan qaldırılır. İqtisadiyyatımız karantin rejiminin davam etməsindən və neftin qiymətinin kəskin aşağı düşməsindən ciddi ziyan görür. Ona görə də düşünürəm ki, bu həftə də virusa yoluxanların sayında ciddi artım olmazsa, mayın 11-dən karantin rejimini aradan qaldırmaq lazımdır.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib.

Həsənquliyev bildirib ki, ictimai yerlərdə və nəqliyyatda tibbi maskalardan istifadənin məcburi olması barədə qərar qəbul etmək olar:

“Karantin rejimi həm də ona görə aradan qaldırılmalıdır ki, xüsusilə, iqtisadi islahatlar geniş vüsət alsın.

Saakaşvili bəyan edib ki, Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir. Mən isə deyirəm ki, Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir. Ən başlıcası isə yubanmadan böyük özəlləşməyə və mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına başlamaq lazımdır. Vaxt gedir…” /Axar.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi