xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Zəngəzur dəhlizi daha çox KİMƏ LAZIMDIR... - AKTUAL

15-08-2024, 16:00 2 dəfə baxılıb



Bakı və İrəvan Azərbaycanla Naxçıvanı birləşdirməyi nəzərdə tutan nəqliyyat xətti ilə bağlı maddəni sülh sazişi layihəsindən çıxarıb. Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə görə, bu maddə qarşılıqlı razılaşmaya əsasən sülh müqaviləsinin mətnindən çıxarılaraq, sonrakı mərhələyə saxlanılıb.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zəngəzurun sülh sazişindən çıxarılması bu dəhlizin açılmasının ləngiməsinə səbəb olacaq. Çünki bu, Ermənistanın daha yavaş hərəkət etmək və danışıqlar aparmaq imkanını artıracaq. Ona görə də bunun müqaviləyə daxil edilməsi üçün səylər gücləndirilməlidir.

Professorun fikrincə, sazişdə olmasa belə, Zəngəzur dəhlizi bütün ölkələr arasında ən çox Ermənistan üçün faydalıdır. Çünki dənizlə əlaqəsi olmayan, 10-11 milyard dollar milli gəliri, təqribən 2,5 milyon əhalisi və 28 min kvadrat kilometr coğrafiyası olan Ermənistan qonşuları Türkiyə və Azərbaycanla belə bir dəhlizlə bağlıdır və yaxşı əlaqələr qurur.

“Bu dəhliz Ermənistanın xilas yoludur. Bu səbəbdən də, Ermənistan sonda bu dəhlizin açılmasına imza atacaq. Müqaviləyə belə bir bəndin əlavə edilməsi prosesi uzatmamağın ən sağlam yolu olardı”-deyə Kərəm Qarabulud bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi