xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür

8-08-2024, 13:10 3 dəfə baxılıb

Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür


Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.

Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır.

İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər mühüm aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaradılmasını tələb edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıda bilmələri üçün təhlükəsizliyin təmin edilməsinə, müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq aktların qəbul edilməsinə dəstək verməyə çağırır.

İcma həmçinin qayıdış hüququ müstəvisində etnik və dini əsasda ayrı-seçkilik cəhdlərini qınayıb və bu məsələdə qarşılıqlılıq və hüquq bərabərliyi prinsipinə riayət edilməsinin zəruriliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi