xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 

Bundan sonra heç bir güc mərkəzi ona “yatırım” etməz” - GÖRÜNƏNİ BUDUR...

24-07-2024, 14:22 1 dəfə baxılıb



Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə başlanan vətəndaş aksiyası bir müddətdir səngiyib. “Vətən naminə Tavuş ” hərəkatı hələ ki, fəaliyyət göstərsə də, faktiki olaraq çökmüş vəziyyətdədir.
Ermənistanın Tavuş vilayətindən başlanan hərəkat paytaxt İrəvana qədər irəliləsə də, Baqrat Qalstyan və dəstəsi onu bütün Ermənistan ərazisinə yaya bilmədilər. Görünən odur ki, erməni xalqı onların çağırışına müsbət cavab vermədi.
Bəzi ekspertlər isə aylar əvvəl “Vətən naminə Tavuş ” hərəkatının
güclənəcəyini və Baş nazir Nikol Paşinyanı devirəcəyinin proqnozunu vermişdi. Lakin Baqrat hökuməti devirmək iqtidarında olan bir hərəkat liderinə çevrilə bilmədi, heç bir normal elektoratı olmayan bir siyasi qurumun rəhbəri oldu.
Qeyd edək ki, B.Qalstanyan məqsədinə nail ola bilməsə də, fikrindən əl çəkmir. Bu isə məşhur bir misalı - "it motaldan əl çəkdi, motal itdən əl çəkmədi" məsəlini xatırladır.
“Bundan sonra taktikamızı dəyişirik, sentyabrda böyük toplanış keçirəcəyik”.
Bunu Ermənistanın Geqarkunik vilayətində çıxışı zamanı “Vətən üçün Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan deyib. Keşiş hərəkatın sentyabra kimi üzvlərinin sayını artırdığını açıqlayıb: “Hələ ki, sıralar genişlənir. Sentyabrda böyük toplanış olacaq. Bu mübarizə yalnız biz öləndə bitəcək. Məqsədimiz hökumətdə oturan dəccalları aradan götürməkdir”.

Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, keşiş Baqrat artıq ölü bir fiqurdur. Onun rəhbərlik etdiyi dəstə artıq marginal bir qrupa çevrilib:

“Bu margin qrupun Ermənistana gedən proseslərə hər hansısa bir formada təsir edəcəyi reallıqdan çox uzaqdır. Bu cür bəyanatlarla Baqrat sadəcə özünü üzdə saxlamağa çalışır. Amma çox keçməyəcək ki, tam sönəcək. Ola bilsin ki, Baqrat ABŞ-də, Rusiyada və Fransada gedən proseslərin ona dəstək veriləcək məcraya yönəlməsinə ümid edir. Amma bu da real deyil. Bundan sonra heç bir güc mərkəzi ona “yatırım” etməz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi