xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - İrəvanın təslim aktının detalları

20-06-2024, 16:00 11 dəfə baxılıb



"ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Azərbaycanla Ermənistan arasında sənəd imzalanmasına çalışır. Bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaq, ardınca Ermənistan-Türkiyə sərhədində Rusiyanın mövcudluğunun azalması baş verəcək. Vaşinqton buna nail olmaq üçün təsir rıçaqlarından istifadə edir, nəticədə Ermənistan Azərbaycana daha çox güzəşt edəcək".

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda "Apri" mərkəzinin eksperti Sergey Melkonyan deyib.

Melkonyan bildirib ki, Azərbaycanın Ermənistandan tələbləri var.

"Bu, anklavların qaytarılması, Qərbi Azərbaycan məsələsi (azərbaycanlıların öz yurdlarına qayıtması-red), Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılmasıdır. Hamı başa düşür ki, ilin sonuna qədər Ermənistan konstitusiyasını dəyişmək mümkün deyil, ona görə bütün tələblərin bir-bir yerinə yetirilməsi üçün Ermənistan hökumətinin vaxtı və legitimliyi olmalıdır. Tiqraneşenin (Kərki kəndi-red) qaytarılmasından sonra Paşinyanın legitimliyi daha da azala bilər, buna görə də Qərb tələsir", - erməni ekspert qeyd edib.

Melkonyan hesab edir ki, Ermənistan tam kapitulyasiyaya məruz qalacaq.

"Ermənistan hökuməti Sünik dəhlizinə (Zəngəzur dəhlizi-red) nəzarəti beynəlxalq təşkilata verməyi düşünür. Onlar bunu belə əsaslandıracaqlar ki, dəhliz vermədik, dəhlizdə beynəlxalq təşkilat dayanır, halbuki, bu yalnız görüntü olacaq", - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi