xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 
  • 13:01 – PA rəhbəri də səs verdi - Fotolar 
  • 12:54 – Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib 

Zöhrabyanın çıxışında Rusiya izi... - Açıqlama xoruzun quyruğunu göstərir

4-06-2024, 09:00 0 dəfə baxılıb



Əslində biz Nikol Paşinyana qarşı mübarizə aparmırıq.
Bu sözləri Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan bugünkü aksiyada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Nikol oyuncaqdır, biz burda Türkiyəyə, Azərbaycana, onun arxasında duran Qərbə qarşı vuruşuruq.
Zöhrabyan “danışıqlar prosesində” Rusiyanın olmasını istədiklərini bildirib.

Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Zöhrabyan həqiqətləri dilə gətirib:

“Bu bir daha Rusiyanın Ermənistanda baş verən etirazların arxasında durmadığı ilə bağlı səsləndirdiyi fikirlərin özünü aldatmaqdan ibarət olduğunu göstərir. O, Azərbaycan-Ermənistan sülh prosesində Rusiyanın iştirakını tələb etməklə əsas hədəflərini göstərib. Əslində bu fikirlər Rusiyanın istəyidir. Rusiya sülh prosesində olmadığını anlayır və məsələlərin ikitərəfli müstəvidə həll olunduğunu görür. Ona görə də Ermənistandakı etirazlara sərhədlərin delimitasiya və demarkasiyası üçün son şans kimi baxır. Rusiyanın proseslərdə iştirak etməməsi regionda təsir imkanlarının olmaması deməkdir. Sözügedən açıqlama xoruzun quyruğunu göstərir. Yəni proseslərin əsas ideya vericisi Rusiyadır fikrini ortaya qoyur. Kilsə hərəkatının arxasında revanşist qüvvələr dayanır. Kilsənin arxasında revanşist qüvvələrin dayandığı ifşa olunduğuna görə xalq etiraz dalğasına qoşulmadı. Hüquqi müstəvidə Nikol Paşinyan hökümətinə heç bir təsir imkanları mövcud deyil. Artıq müxalifət toqquşmalar və qan tökmələrə yönəlik addımlar atmaq istəyir. Bununla cəmiyyətdə vətəndaş qarşıdurması fonunda insanları prosesə cəlb etmək niyyətindədirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi