xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL

6-05-2024, 16:00 3 dəfə baxılıb



Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda noyabr ayında İqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirin keçirildiyi günlərdə dünyada müharibələrin dayandırılması təklifinin müzakirə edildiyini bildirib. Adətən olimpiya oyunları günlərində müharibələrin dayandırılması çağırışı edilir. Hikmət Hacıyev bununla bağlı müzakirələrin və məsləhətləşmələrin aparıldığını deyib.
Müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr bu hamı üçün faydalı olar. Digər tərəfdən bu Bakıda keçirilən konfransın əhəmiyyətini artırar, diqqət iqlim böhranı, ərzaq və su çatışmazlığı kimi problemlərin müzakirəsinə yönələr. Əslində söhbət iki – Rusiya-Ukrayna və İsrail-Həmas müharibəsinə ara verilməsindən gedir. Birinci müharibə iki ildən çoxdur davam edir və toqquşmaların bu il də davam etməsi ehtimalı yüksəkdir. İsrail Qəzzada apardığı müharibənin isə noyabr ayında qədər bitməsi ehtimalı az da olsa var. Deməli, əsas müzakirə Moskva və Kiyevlə getməlidir ki, noyabr ayında iqlim dəyişikliyi ilə bağlı konfrans günlərində müharibəyə ara versinlər. Ukrayna prezidenti Volodimir Zelenskinin noyabr ayında Bakıdakı konfransda iştirakı mümkündür. Zelenskinin Bakıya gəlişi Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Ancaq əgər Volodimir Zelenski Bakıda olacaqsa, Kiyev Bakının çağırışına uyğun müharibəyə bir müddət ara verə bilər. Kreml Bakının təklifini qəbul edəcəkmi – bunu söyləmək çətindir, çünki Rusiya hücumu genişləndirməyə və işğal ərazisini böyütməyə çalışır.
Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Çində yay olimpiya günlərinə təsadüf etmişdi. Yəni olimpiada müharibəyə mane olmadı. Bakıda konfrans günlərində müharibələr dayandırılmasa belə, tədbirə qədər Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması əhəmiyyətli olacaq.

Elxan Şahinoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi