xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

İtaliyadan Bakıya SƏDAQƏT JESTİ... - Sıra digər dostlardadır...

4-04-2024, 14:00 7 dəfə baxılıb



İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Italiya naziri iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransa hazırlaşan Azərbaycanın müharibədə maraqlı olmadığını əsaslandırıb. İtaliyalı nazir fransalı həmkarının açıqlamalarının vəziyyəti sakitləşdirməyə kömək etmədiyini bildirib.
İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşlarındandır və Roma bu tərəfdaşlığa sadiq qalaraq Fransanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Növbə Azərbaycanın Avropadakı digər tərəfdaşlarınındır. Bakı Avropadakı tərəfdaşlarına xatırlatmalıdır ki, Fransanın Cənubi Qafqazdakı siyasəti gərginliyi artırır və bu, ümumilikdə Avropa İttifaqının maraqlarına zərər vurur. Elə etməliyik ki, Avropadakı tərəfdaşlarımız - Macarıstanın, Polşanın, Baltik ölkələrinin, Rumıniyanın, Çexiyanın, Bolqarıstanın da rəsmiləri Fransanın Azərbaycan əleyhinə siyasətini tənqid etsinlər. Bu tənqidlər Parisin Cənubi Qafqaz siyasətinin dəyişməsinə gətirib çıxarmasa belə, Fransa hakimiyyəti anlayacaq ki, anti-Azərbaycan mövqeyində Avropada tərəfdarı yoxdur və bu təkliyin onun üçün müsbət nəticəsi olmayacaq.

Elxan Şahinoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi