xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Paşinyan üçün YOL XƏRİTƏSİ... - AKTUAL

25-03-2024, 16:00 5 dəfə baxılıb



Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərində lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının fəallarıyla görüşdə deyib ki, hazırki şəraitdə sülhdən daha çox danışmaq lazımdır: “Biz elə etməliyik ki, Ermənistan ətrafındakı vəziyyət bir daha müharibəyə rəvac verməsin. Bu çox çətindir, dözümlü olmalıyıq”. Paşinyan onun və partiyasının tarixi missiya yerinə yetirdiyini bildirərək, partiya üzvlərini yaradıcı ideyalar irəli sürməkdən çəkinməməyə çağırıb.
Paşinyanın hədəfi Ermənistanın bir daha heç bir müharibədə iştirak etməməsinin təminatıdırsa, iki qonşusu – Azərbaycan və Türkiyə ilə bütün məsələlərin həllini sürətləndirməlidir. Paşinyan partiyadaşlarıyla birgə, özünün də vurğuladığı kimi, tarixi missiyanı yerinə yetirmək istəyirsə və buna hazırdırsa, 1) vaxt itirmədən 4 kəndi Azərbaycana qaytarmalı; 2) Azərbaycanla çərçivə sazişini imzamalı; 3) Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir. Paşinyan bu yolu seçərsə, həm tarixi missiyanı yerinə yetirmiş olacaq, həm də sülh şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq fonunda regional layihələrdə iştirakını təmin edəcək.

Elxan Şahinoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi