xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – Prezident qəbul keçirdi - FOTOLAR 
  • 11:29 – İlham Əliyev Stiv Deynsi qəbul etdi 
  • 11:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 11:01 – İlham Əliyevdən Trampa məktub 

Paşinyan kəndləri boşaltmaq üçün nə qədər vaxt istəyib? - Son gəlişmə

25-03-2024, 09:18 3 dəfə baxılıb



Ermənistan bütün məsələləri həll etməlidir. Azərbaycanın işğal altında olan (Qazaxın 7-i, Naxçıvanın Kərki kəndi) kəndlərini uzun müddət bu müstəvidə saxlamaq erməni tərəfinə sərf edən məsələ deyil. Əvvəl-axır problem həll olunmalıdır. Bunu necə həll etmək isə Ermənistan cəmiyyəti ilə dialoqdan asılıdır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, erməni cəmiyyətində əlində saxladığı Azərbaycan torpaqlarını təhvil vermək heç də adi məsələ kimi qarşılanmır:

“Reallığı tədricən çatdırmaqla bunu etmək lazımdır. Hazırda Ermənistan hakimiyyəti bunu etməyə çalışır. Nikol Paşinyan bu istiqamətdə addım atmaqda olan niyyətini göstərir”.

Partiya sədri hesab edir ki, Paşinyan həm də çətinliyini Azərbaycan tərəfinə çatdırmaq istəyir:

“Göstərmək istəyir ki, nə kimi çətinliklərlə qarşı-qarşıyadır. Hər halda Azərbaycan tərəfi Paşinyana bu istiqamətdə manevrlər etmək üçün imkan verə bilər”.

Fazil Mustafaya görə, bir cəmiyyətdə hansısa kəndin verilməsinin müəyyən təxribat xarakterli nəticələrini hər hala nəzərə alınması vacibdir:

“Paşinyan öz hakimiyyətini qorumaq üçün bunu nəzərə almaması da mümkün deyil. Bu baxımdan presesin kəndlərin Azərbaycana təhvil verilməsinə doğru getdiyini sezmək mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi